ArxivXəbər lentiXəbərlər
Ərdoğan sözarası – “millət istəsə gedərəm” dedi, bir anda 1 milyondan çox insan “Tamam” dedi və rekord vuruldu

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün partiyasının qrup toplantısında verdiyi açıqlama ilə sosial medianı silkələyib.
Ərdoğan: “Millət nə zaman istəsə, o zaman da hakimiyyətdən gedəcəyik” deyən kimi Tvitterdə dərhal “Tamam” adı hastaq yaradılıb. Həmin hastaq altında 1 milyondan çox insan “Tamam” deyərək onun getməsini istəyiblər. Elə bu hastaqla 1 milyondan çox insanın tələbi sosial medianın rekordunu qırıb.
Sosial media bu hastaqı silsə də, yenidən hastaq yaradılıb. Ərdoğanın sosial medianın gündəminə çevrilən görüntülərini sizə təqdim edirik.