ArxivIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Ayətullah Nuri Həmədani İsrailin Qəzzaya hücumu ilə bağlı bəyanat verib

Ayətullah Nuri Həmədani müsəlman dövlətləri və xalqlarını Fələstinə dəstək verməyə çağırıb.

Qafqaz.ir xəbər verir ki, Ayətullah Nuri Həmədani İsrailin Qəzzaya hücumu ilə bağlı bəyanat verib.

Bəyanatda deyilir:

“Bu günlərdə dünya elə bir cinayətlərin şahididir ki, hər vicdanlı insanın qəlbini riqqətə gətirir. Uşaq qatili və qəsbkar sionist rejimin davamlı hücumları və məzlum Qəzza camaatını qanına qəltan etməsi təəssüfləndiricidir və urəkləri dağlayır. Şübhəsiz bu qanlı cinayət dünya hegemonunun yəni cinayətkar Amerikanın, onun müttəfiqi Avropanın dəstəyi və bəzi ərəb və müsəlman ölkələrin sükutu nəticəsində baş verməkdədir. İnsan Haqları təşkilatlarının və beynəlxalq ictimaiyyətin sükutu da bu cinayətin ağır bir tərəfidir.

Buna görə, müxtəlif xalqlar xüsusilə də müsəlman millətlər öz hökumətlərindən tələb etməlidirlər ki, səhnəyə çıxıb məzlum Fələstin xalqını müdafiə etsinlər və bu qəsbkar və saxta rejimin davamiyyətinə son qoysunlar. Bu gün müsəlmanlar gərək sionistin məhvi üçün çalışsınlar. Şəksiz Allahın verdiyi güclə ilahi vəd baş tutacaq.

“Zalımlar hansı dönüşə dönəcəklərini (hara qayıdacaqlarını, aqibətlərinin necə olacağını, hansı inqilabla sarsılacaqlarını) mütləq biləcəklər!” (Şüəra-227)

İslam İnqilabının rəhbərinin bildirdiyi kimi İslam dünyasının çırpınan ürəyi olan Qüdsü-şərifdə namaz qılacağıq. İnşallah

Mən bu cinayətləri məhkum etməklə yanaşı bütün müsəlmanlardan xüsusilə də İslami təşkilatlardan istəyirəm ki, bu mövzu ilə bağlı ciddi şəkildə hərəkətə keçsinlər və məzlum camaatın yardımına tələssinlər.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button