Əfqan Muxtarlıya görə nazir müavini işdən çıxarıldı

Новости-Грузия saytı xəbər verib ki, Gürcüstanın Daxili İşlər naziri GeorgiMqebrişbili birinci müavini Besik Amiranaşvilini işdən çıxarıb.
Amiranaşvili 2016-cı ilin yanvarından dünənə qədər Daxili İşlər Nazirliyinin birinci müavini postunda çalışıb, patrul və ağır cinayətlər polisinin məsul vəzifəsini icra edib.
Dünən növbədənkənar toplantı keçirən Georgi Mqebrişbili “Mənə daha fəal patrul və kriminal polis əməkdaşı lazımdır” deyərək, Besik Amiranaşvilini işdən çıxartdığını bildirib.
Besik Amiranaşvili Gürcüstanda oğurlanaraq Azərbaycana gətirilən müstəqil jurnalist Əfqan Muxtarlının oğurlanmasında ittiham olunan kriminal polisə nəzarət edən müavindir.
Besik Amiranaşvili
Xatırladaq ki, Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti azərbaycanlı deputat Elman Nəsirovun dedikləri ilə bağlı bəyanat verib. Qurumun rəsmi saytında yayımlanan bəyanatda deyilir ki, azərbaycanlı deputatın dedikləri həqiqətə uyğun deyil:
“Bəyan edirik ki, Əfqan Muxtarlının işində Gürcüstan Təhlükəsizlik Xidmətinin heç bir fəaliyyəti olmayıb. Araşdırmalar davam edir” – məlumatda bildirilir.(basta)