Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib. Qafqaz.ir-nın "Report"-a istinadən verdiyi məlumata görə, iclasda əfvlə bağlı 150-dən çox müraciətə baxılıb. Bununla da komissiyada baxılan müraciətlərin sayı 350-ni ötüb. Qeyd edək ki, indiyədək əfv komissiyasının iki iclasında 200-dən çox müraciətə baxılmışdı.