ArxivXəbər lentiXəbərlər
Əfv müraciətinə bu tarixdə baxılacaq – RƏSMİ

Milli Məclisin növbəti iclası mayın 20-də keçiriləcək.
Bu barədə bu gün MM-in plenar iclasında birinci vitse-spiker Ziyafət Əsgərov bildirib.
İclasda millət vəkili Mehriban Əliyevanın MM-ə “Aministiya aktı haqqında” qanun layihəsinin qəbul olunması ilə bağlı müraciəti müzakirəyə çıxarılacaq.
Xatırladaq ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva 28 May – Respublika günü münasibəti ilə “Amnistiya aktı” haqqında qanun layihəsinin qəbul olunması ilə bağlı Milli Məclisə müraciət edib.
Layihədə Amnistiya aktının 10 minə qədər insanı əhatə etməsi, o cümlədən 3500 nəfərin məhkumluqdan azad edilməsi nəzərdə tutulur.
Bu, Mehriban Əliyevanın dördüncü amnistiya təşəbbüsüdür.