ArxivXəbər lentiXəbərlər

Əgər iradlar olmasa Avropa ilə viza problemi həll olunacaq – RƏSMİ

“Biz Avropa İttifaqı ilə vizaların sadələşdirilməsi və readmissiya sənədini 1-2 il əvvəl imzalamışq. Hazırda bu sənədin icrası monitorinq altındadır”.

Bunu müsahibəsində Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.

O bildirib ki, yaxın vaxtlarda tərəflərin iştirakı ilə Rəhbər Komitənin üçüncü görüşü keçiriləcək. Nazir müavininin sözlərinə görə, görüşdə Azərbaycanla Avropa İttifaqı arasında vizalarla bağlı məsələlərin necə həyata keçirilməsi müzakirə olunacaq:

M.Məmmədquliyev hesab edir ki, bəzi məsələlər var və onları aradan qaldırmaq lazımdır: “Mən istəyərdim ki, üçüncü görüşdən sonra bütün bu məsələlər həllini tapsın və artıq Azərbaycanla Avropa İttifaqı tərəfindən qarşılıqlı iradlar olmasın. Əgər iradlar olmasa biz vizanın aradan qaldırılması ilə bağlı dialoqa, danışıqlara başlayacayıq. Danışıqlar onların hazırlayacaqları fəaliyyət planının icrası ilə bağlı olacaq. Biz həmin fəaliyyət planını icra edəndən sonra vizanı tam aradan qaldıra və vizasız rejimə keçə bilərik. Bu mütləq olacaq, amma müəyyən vaxt lazımdır”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button