Əhli-Beyt (ə) məktəbinin güclənməsində Səfəvilərin rolu beynəlxalq konfransı Ərdəbil həftəsi ilə eyni zamanda keçiriləcək

Ərdəbilin imam cüməsi deyib: “Əhli-Beyt (ə) məktəbinin güclənməsində, İslam və iranlı kimliyin bərpasında Səfəvilərin rolu beynəlxalq konfransı cari il Ərdəbil əyaləti həftəsi ilə eyni zamanda keçiriləcək”.
Qafqaz Mədəniyyət Mərkəzi – Ayətullah Seyid Həsən Amili Ərdəbil əyalətinin Ümumi Mədəniyyət Şurasının bugünkü iclasında deyib: “Ümumi Mədəniyyət Şurasının əsas vəzifəsi nemətlər sahibini tanıtmaq olmuşdur. Şuranın üzvləri bu istiqamətdə hərtərəfli və münasib təlaşlar göstərməlidir”.
Ayətullah Amili pasdar (keşikçi) günü münasibətilə deyib: “Dəyərli ictimai sahədə Sepah (İran İnqilab Keşikçiləri Ordusu) həm elmi, həm də iqtisadi baxımdan çox əhəmiyyətli işlər görmüşdür. Biz Sepahın kölgəsinə sığınmışıq. KİV, Sepahın rolunu və uca məqamını xalqa açıqlamaqda daha çox təlaş göstərməlidir”.
Ərdəbil əhalisinin Rəhbərlik Ekspertlər Məclisində nümayəndəsi müəllim həftəsini də uca tutaraq deyib: “Müəllimlərin tərbiyədə olan roluna diqqət etsək, müəllimi uca tutmaq bir xalqı uca tutmaq deməkdir. Ona görə də təlim-tərbiyə sahəsi siyasətçilərin cövlangahına çevrilməməlidir. Güc sahibləri dəyərli təlim-tərbiyə aparatına daxil olmamalıdır”.
İmam cümə Ərdəbil şəhərinin Səfəvilərin İslamda roluna aid konfransa ev sahibliyi edəcəyinə də toxunaraq deyib: “Görülmüş tədbirlərə əsasən, Əhli-Beyt (ə) məktəbinin güclənməsində, İslam və iranlı kimliyin bərpasında Səfəvilərin rolu beynəlxalq konfransı bu il Ərdəbil əyaləti həftəsi ilə eyni zamanda baş tutacaqdır”.