Əhli-Sünnət kitablarında Fatimeyi-Zəhranın (ə) fəzilətlərini bəyan edən Peyğəmbərdən (s) hədislər:
1-Peyğəmbər (s) buyurmuşdur: “Aləmlərdə seçilmiş xanımlar dörddür: Məryəm, Asiyə, Xədicə və Fatimə. ” Əl-isabə fi təmyizis-səhabə, cild: 4, səh: 378″
2-Nazil olundu Quranın Əhzab surəsinin təthir (günahlardan paklıq) ayəsi beş şəxsin haqqında: Mənim, Əlinin barəsində, Həsən-Hüseynin və Fatimənin.” Səhih Müslim, Səhabələrin fəziləti bölümü.
3-Peyğəmbər (s) buyurur: “Fatimə mənim canımın parəsidir, məni əziyyət etmiş olar o kəs ki Fatiməni qəzəbləndirə, və onu çətinliyə salan şəxs mənə qarşı bunu etmiş olar.” Sünən Ət-Tirmizi, cild: 3, Fatimənin (ə) fəziləti bölümü, səh: 240.
4-Peyğəmbər (s) buyurur: “Bir ananın bütün övladı atalarına nisbət verilərlər, Yalnız Fatimənin (s) övladlarıdır ki, Mənə nisbət verilirlər.” Kənzül-Ümmal, cild: 13, səh: 101. Hazırladı: “Yusif Əliyev”