ArxivXəbər lentiXəbərlər

Əli Əkbər müəllimin qızı: “Bir insan istəsə onun təhsilinə heç nə mane olmaz, nəinki hicab”

Son günlər gündəmi zəbt edən bəzi məmur və deputatların Aşura etirazı tanınmış Alim Əli Əkbər müəllimin qızını dilə gətirib. O, bu barədə  öz münasibətini bildirib. 
qafqaz.ir Hədəf14.az-a istinad verdiyina gore “Mən Həsənova Rəna Ələkbər qızı 16 iyul 1992ci ildə doğulmuşam. Bakı kəndlərindən birində – Pirşağıda böyümüşəm. Orta məktəbi də Pirşağıda bitirmişəm. Atam Ələkbər Həsənov ixtisasca geoloq olsa da, ömrünü İslama və İslamın təbliğinə həsr etmişdir, saysız hesabsız tələbələri vardır”..
İlahiyyatçının qızı onu da qeyd edib ki, yadıma gələn vaxtdan həmişə atamı namaz qılan, oruc tutan, ibadətlə məşğul olan görmüşəm. “Elə mənim və digər ailə üzvlərinin də, dindar olmağında atamın zəhməti olmuşdur. Bakı kəndində yaşamağımıza və mömin ailəsində böyüməyimizə baxmayaraq bizim evdə elmə və təhsilə hər zaman böyük maraq olub. Çünki, bizim tərbiyənin təməlində Allaha sevgi dayanıb. Həqiqi İslam elmin inkişafını və elm öyrənməyi aşıladığı üçün, İslamı elmdən ayırmaq olmaz. İllərdir bir məsələ var ki, bu gün də aktualdır və hər mühərrəm mübahisə doğurur. Söhbət Aşura mərasimi və imam Hüseynin şəhadətindən gedir. Aşura bir məktəbdir hansı ki, həqiqəti görməyənlər onu dərk etmir. on dörd əsr davam edən bir eşqdir Aşura. Biz Aşuradan nə öyrəndik? Biz Aşuradan İmam Hüseyn timsalında şücaət, cəsarət, igidlik və Allaha olan eşqi öyrəndik. Əbəs yerə İmam Hüseyn(ə)a “eşqin şəhidi”, Kərbəlaya “eşq səfəri” deyilmir. Çünki Kərbəla hadisəsi bizə sevməyi öyrədir, bizə imanı öyrədir, bizə zalıma boyun əyməməyi öyrədir, daim haqq tərəfdarı olmağı öyrədir. Bəs həqiqətən İslam da bu deyilmi? İslamı ən gözəl və ən doğru göstərən hadisədir Kərbəla. Bu gün İslamın ayaqda durmağının əsl səbəbidir Kərbəla”. 
Rəna xanımın sözlərinə görə, o, 40 gün İmam Hüseyn (ə)a yas saxlamaqla əzadarlıq məclislərində  İmam eşqi ilə böyüyüb. “Böyüdükcə anladım ki, həqiqət axtarışında olanlar üçün böyük bir məktəbdir Kərbəla. Bu eşq mənə heç vaxt mane olmadı. Məktəbi əlaçı kimi bitirdim, Universitetə qəbul oldum, qırmızı diplomla bitirdim, magistraturaya da qəbul oldum, yenə qırmızı diplomla bitirdim. Doktoranturaya qəbul oldum və hal hazırda təhsilimi davam etdirirəm. Uşaqlarınızı məscidlərə aparmayın deyənlərə burda  səslənirəm. Mən də o məscidlərdə azan səsi ilə, Quran ayələri ilə, Ramazanda bir ay oruc tutmaqla, qədr gecələrində oyaq qalıb ibadət etməklə, Mühərrəm də matəm saxlamaqla, əzadarlıq məclislərində iştirak etməklə böyüyən həmən uşağam. Bir insan istəsə onun təhsilinə heç nə mane olmaz, nəinki hicab. Aşura mərasimini bəhanə edib təhsilin keyfiyyətinin aşağı olmasından şikayətlənmək lazım deyil. Aşura ildə bir dəfə olur. Bir gün ilə bir uşaq heç vaxt təhsildən geri qala bilməz. İstənilən qədər qarşı çıxa bilərsiniz. Amma dünya durduqca Kərbəla yaşayacaq, Əhli beyt eşqi yaşayacaq, təməlini Mühəmməd Peyğəmbər (s.a.s) qoyduğu İslam yaşayacaq, İslamı ayaqda saxlamağa təkan verən Aşura yaşayacaq, canını bu yolda qurban edən cənnət cavanlarının ağası olan İmam Hüseyn (ə) məktəbi yaşayacaq”. 
 
“Hüseynə yerlər ağlar, göylər ağlar, 
Bətuli-Mürtəza Peyğəmbər ağlar.
 
Hüseynin nohəsin Dilriş yazanda , 
Müsəlman səhlidir ki, kafər ağlar.
 
Kor olmuş gözlərin qan tutdu Şimrin, 
Ki, görsün, öz əlində xəncər ağlar.
 
 
Hüseynin köynəyi Zəhra əlində, 
Çəkər qeyha qiyamət, məhşər ağlar. 
 
Atanda Hərmələ ox, Kərbəlada, 
Görəydin, düşmən ağlar, ləşkər ağlar. 
 
Qucağında görəydin Ümmi-Leyla, 
Atıb nəşi Əliyyi-Əkbər ağlar. 
 
Başında kaküli Əkbər havası, 
Yel ağlar, sünbül ağlar, ənbər ağlar. 
 
Yazanda Ali-Taha nohəsin mən, 
Qələm gördüm sızıldar, dəftər ağlar”. 
(Əhli beyt şairi Məmmədhüseyn Şəhriyar)
 
 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button