Aktual

Əli Həsənovun 100 min manat məbləğində cərimələnməsi tələb edilir

Bu gün Səbail rayon məhkəməsində hakim Elşad Şamayevin sədrliyi ilə Ziyalılar Forumunun, Milli Şuranın həmtəsisçisi, kinodramaturq Rüstəm İbrahimbəyovun şərəf və ləyaqətinin müdafiəsi ilə bağlı Prezident Administrasiyası ictimai-siyasi şöbənin müdiri Əli Həsənova qarşı iddiası üzrə məhkəmə iclası keçirilib.

İddiaya səbəb Əli Həsənovun 20 iyul 2012-ci il tarixində yerli informasiya agentliklərdən birinə müsahibəsində R.İbrahimbəyovu qeyri-peşəkar adlandırması, onu Şəhidlər Xiyabanının yaxınlığında restoran və əyləncə yerlərinin tikintisində ittiham etməsidir.

Belə ki, cavabdeh tərəf bu dəfə də məhkəmə prosesinə gəlməmişdi. İlk çıxış edən Rüstəm İbrahimbəyovun vəkili Fuad Ağayev bildirdi ki, APA informasiya agentliyində 20 iyul 2012 ci il tarixində yayımlanan Prezident Administrasiyası ictimai-siyasi şöbənin müdiri Əli Həsənovun fikirləri Rüstəm İbrahimbəyovun nüfuzuna xələ gətirən, şərəf və ləyaqətini ləkələyən məlumatlardır: ” Deyilənlər yalandır, böhtandır və əgər Əli Həsənov bu fikirləri deyibsə o zaman bunların doğru olduğunu sübüt eləməlidir”

Vəkil məhkəmədən iddialarının təmin edilməsini, APA informasiya agentliyinin yaydığı məlumatla bağlı təkzib verməsini, Əli Həsənovun təkzib verməsini və dəymiş ziyana görə Rüstəm İbrahimbəyovun sədri olduğu Azərbaycan Kinomotoqrafçılar İttifaqının hesabına 100 min manat məbləğində pul köçürülməsini xaiş etdi.

Habelə F.Ağayev bildirib ki, Rüstəm İbrahimbəyov hələ ötən ilin avqustunda Səbail rayon məhkəməsinə müraciət etsə də, həmin vaxt məhkəmə iddia ərizəsini qəbul etməmişdi: “Deyirdilər ki, Əli Həsənovun ünvanı ilə bağlı arayış təqdim etməlisiniz. Ancaq biz ünvanı göstərmişdik. İmtinadan apellyasiya şikayəti verdik, daha sonra Ali Məhkəməyə üz tutduq. Ali Məhkəmə kasasiyanı təmin edəndən sonra iş baxılmaq üçün yenidən Səbayil rayon məhkəməsinə göndərilidi”.

Prosesdə cavabdeh tərəf kimi Maliyyə Nazirliyinin nümayəndəsi də iştirak edirdi. Vəkil bunbu onunla əsalandırdı ki, Əli Həsənov yüksək vəzifə tutan dövlət qulluqçusudur və əgər o tələb olunan məbləği ödəyə bilmirsə bunu Maliyyə Nazirliyi təmin etməlidir, daha sonra isə bu məbləğ Əli Həsənovdan alınmalıdır.

Çıxış edən Maliyyə Nazirliyinin nümayəndəsi isə dövlət qulluqçusunun hərəkətlərinə görə özünün məsuliyyət daşıdığını, iddia ilə razı olmadığını və bu işlə bağlı hər hansı bir qurumun məsuliyyət daşımadığını bildirdi.

Daha sonra vəkil Fuad Ağayev vəsatətlə çıxış etdi: “Əli Həsənovun bu fikirləri ilə bağlı “Azadlıq” qəzetinin 31 iyul 2012 ci il tarixli sayında “Azadlıq R.İbrahimbəyovu təftiş etdi” adlı bir məqalə dərc edilib. Həmin araşdırma yazısını jurnalist Natiq Ədilov hazırlayıb və o, Əli Həsənovun Rüstəm müəllimin Şəhidlər Xiyabanının yaxınlığında restoran və əyləncə yerlərinin tikdirməsi ilə bağlı səsələndiriyi fikirlərin yalan olduğunu sübuta yetirib. Bu səbəbdən də iş üzrə jurnalist Natiq Ədilovun şahid qismində dindirilməsini xaiş edirəm”.

Hakim vəsatəti təmin etmədi. Qısa müşavirədən sonra proses 28 iyun 11.00 tarixinə təxirə salınıb.(tia)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button