ArxivXəbər lentiXəbərlər

İran prezidenti Qarabağ münaqişəsinin ədalətli həllini istəyib

Ermənistanda səfərdə olan İran prezidenti bu ölkənin prezidenti ilə görüşdə bir daha Qarabağ münaqişəsinin ədalətli həllini istəyib.

Həsən Ruhani Qarabağ münaqişəsinə işarə edərək, onun beynəlxalq hüquq normaları və qanunları əsasında, eləcə də BMT nizamnaməsi çərçivəsində həlli vacibliyini vurğulayıb.

Ruhani belə qeyd edib: Müsbət nəticələr vermiş İranın nüvə müzakirələrində əldə olunmuş razılaşmalar regional və beynəlxalq təhlükəsizlik, eləcə də davamlı inkişaf üçün münasib şərait yaradacaq.

Bu görüşdə tərəflər kütləvi qırğın silahlarının işlədilməsi və yayılmasının qadağan olunmasını mühüm məsələlərdən biri adlandırıblar. Onlar NPT müahidəsinin möhtərəm sayılmasına dair öhdəliklərinə sadiq qaldıqlarını vurğulayıblar.

İki ölkənin prezidentləri region və dünyada sülhün bərqərarı istiqamətində olan bir amil kimi sivilizasiyaların dialoqu yolu ilə zorakılıq və ifratçılıqla mübarizənin vacibliyinə təkid ediblər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button