ArxivXəbər lentiXəbərlər

Ruhaninin məhkəməsi keçirildi-Foto

Abgül Süleymanov çıxışının davamında bildirdi ki, ona qarşı baş verənlər köklü şəkildə araşdırılmalıdır

Bu gün Bakı Apellyasiya Məhkəməsində ruhani Hacı Abgül Süleymanovun məhkəmə iclası keçirilib.

Qaradağ Rayon məhkəməsinin Hacı Abgül Süleymanov barəsində çıxarıdğı 1 il müddətinə qapalı cəzaçəkmə müəssisəsinə köçürülməsi qərarından verilən apellyasiya şikayətinə baxılıb.

Apellyasiya Məhkəməsi vəkil Cavad Cavadovun qaldırdığı vəsatətləri təmin etməyərək Qaradağ Rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb. Vəkil Cavad Cavadov açıqlamasında bildirib ki, kassasiya şikayəti veriləcək.

Məhkəmə prosesi Camal Ramazanovun sədrliyi ilə baş tutub. Prosesdə ilkin olaraq çıxış edən Abgül Süleymanovun vəkili Cavad Cavadov müvəkkili barəsində Qaradağ Rayon Məhkəməsinin çıxardığı qərarın əsassız olduğunu və həbsxana rəhbərliyi tərəfindən təqdim edilən təqdimatdakı faktların heç bir sübutu olmadığını deyib.

Vəkilin sözlərinə görə, Abgül Süleymanov barəsində çıxarılan uzun müddətli həbs qərarının əsassız olmasına baxmayaraq, hazırda ona həbs həyatını rahat formada yaşamağa imkan vermirlər:

”Görünür 13 saylı CÇM-nin rəhbərliyi Abgül Süleymanova qarşı qərəzli mövqe tutub. Hazırda ittiham təqdimatında da göstərilən məsələlər eyni ilə bundan öncəki təqdimatın köçürülməsidir.”

Bundan sonra vəkil, suallarını cavablandırmaq üçün 13 saylı CÇM-nin nümayəndəsi olan ədliyyə mayoru Bayramov İlqarın məhkəmə zalında iştirakının təmin edilməsini Ədliyyə mayoru ilə İlqar Bayramovla Cavad Cavadov arasındakı sual-cavab isə belə oldu.

Vəkil: “Siz məhkəməyə verdiyiniz təqdimatda qeyd etmisiniz ki, Abgül Süleymanov zəif iradəli məhkumları öz təsiri altına salıb. Dediyiniz zəif iradəli məhkumlar kimlərdir? Zəhmət olmasa onların adlarını deyin ki, biz onları məhkəməyə şahid qismində dəvət edək?”

İlqar Bayramov: ”Mən həmin məhbusların adlarını bilmirəm.”

Vəkil: “Bəs adları bilmədiyiniz məhbuslarında adından niyə belə bir ittiham irəli sürmüsüz?”

İlqar Bayramov: “Bilmirəm. Həmin məhbuslardan birinin adı Baxışov Sahib Şahin oğludur.”

Vəkil: “Başqa məhkumlardan kimin adını deyə bilərsiniz?”

İlqar Bayramov: “Adlarını bilmirəm”

Vəkil: ”Təqdimatda onu da qeyd etmişsiniz ki, Abgül Süleymanov guya mənfi kateqoriyaya aid məhkumlara həbsxanada piket keçirmək haqqında göstəriş verib. Həmin məhkumlar kim idi? Bir də mənfi kateqoriyaya aid məhkumlar dedikdə kimləri nəzərdə tutursuz?

İlqar Bayramov: Bilmirəm

Vəkil: “Abgül Süleymanovun həbsxanada dövlət və dövlətçilik əleyhinə mənfi fikirlər səsləndirirdi deyəndə nəyi nəzərdə tuturdunuz? Zəhmət olmasa dövlət və dövlətçilik anlayışlarının nədən ibarət olmasını izah edərdiniz?

İlqar Bayramov: —-

Nəhayət vəkilin bir neçə sualı qarşısında da susqunluq nümayiş etdirən ədliyyə mayorunun rəftarından belə aydın oldu ki, onun həbsxana rəhbərliyinin verdiyi təqdimatdan ümumiyyətlə xəbəri yoxdur.

Sonradan danışmaq üçün söz alan Abgül Süleymanov ədliyyə mayoru İlqar Bayramovu yaxşı tanıdığını söylədi: “İlqar Bayramov əslində saf adamdır. Günah onda yox, onu bura göndərənlərdədir. Yaxşı olardı ki, bu təqdimatdakı ittihamları sifariş edənlər gəlib cavab versinlər. İlqar Bayramova tapşırıblar ki, get məhkəməyə o da gəlib. Əslində onluq bir şey yoxdur.”

Abgül Süleymanov çıxışının davamında bildirdi ki, ona qarşı baş verənlər köklü şəkildə araşdırılmalıdır: “Məni 21 oktyabr 2014-cü ildə 15 sutkalıq “kars”a saldılar. 15 sutkalıq “kars” müddətim qurtarmamış yenidən 15 sutka da artırdılar. Həmin dövrdən etibarən mənə qarşı baş qaldırmış bu təzyiqlərin səbəbini bilmək istəyirəm. Nəhayət barəmdə həbsxana rəhbərliyi tərəfindən Qaradağ Rayon məhkəməsinə təqdimat verildi və mənimlə bağlı məlum qərar çıxarıldı.”

Sonradan növbəti dəfə çıxış üçün söz alan vəkil Cavad Cavadov CÇM-nin nümayəndəsi olan İlqar Bayramovun təqdimatdan xəbəri olmadığını və müdafiə tərəfinin suallarını cavablandırmaq üçün həbsxana rəhbərliyini və təqdimatı yazan Bəhrəm Əsgərovu məhkəməyə çağırılmasını xahiş etdi. Lakin vəsatəti yerində müzakirə edən hakimlər, xahişi qəbul etmədilər və müşavirəyə yollandılar.

Hakimlər müşavirədən qayıtdıqdan sonra müdafiə tərəfinin heç bir vəsatətini yerinə yetirmədi və birinci məhkəmə instansiyasının qərarını qüvvədə saxladı.

Xatırladaq ki, mübariz ruhani Hacı Abgül Süleymanov 2011-ci il avqust ayının 11- MTN əməkdaşları tərəfindən həbs edilib. Ruhani 1 il Milli Təhlükəsizlik Nazirliyində saxlanıldıqdan sonra Bakı Ağır Cinayətlər Məhkəməsi onun barəsində 11 il həbs qərarı verib. Ruhani bundan öncə də 6 ay 8 saylı qapalı cəzaçəkmə müəssisəsində saxlanılıb.

Stenoqram Azadxeber.az-a məxsusdu.

Ruhaninin məhkəməsi keçirildi-Foto
Ruhaninin məhkəməsi keçirildi-Foto
Ruhaninin məhkəməsi keçirildi-Foto
Ruhaninin məhkəməsi keçirildi-Foto
Ruhaninin məhkəməsi keçirildi-Foto
Ruhaninin məhkəməsi keçirildi-Foto
Ruhaninin məhkəməsi keçirildi-Foto
Ruhaninin məhkəməsi keçirildi-Foto

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button