ArxivXəbər lentiXəbərlər

Əliyev: Regionda mövcud vəziyyət təhlükəsizlik sahəsində əməkdaşlığın möhkəmləndirilməsini zəruri edir

Azərbaycan prezidenti İlham Əliyev Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

APA-nın məlumatına görə, prezident İlham Əliyev Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, təhlükəsizlik, humanitar və bütün digər sahələrdə inkişafından məmnunluq ifadə edərək deyib ki, təhlükəsizlik məsələləri ilə bağlı əməkdaşlıq ümumilikdə əlaqələrimizin uğurlu inkişafının əsasını təşkil edir.

Beynəlxalq təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində əməkdaşlığın çox yaxşı səviyyədə olduğunu bildirən İlham Əliyev vurğulayıb ki, Azərbaycan ilə Rusiyanın həyata keçirdiyi daimi təmaslar və bir çox məsələlərin birgə həlli bu baxımdan böyük önəm daşıyır, regionumuzda mövcud olan vəziyyət təhlükəsizlik sahəsində əməkdaşlığın daha da möhkəmləndirilməsini zəruri edir. Prezident İlham Əliyev əminliyini ifadə edib ki, Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin Azərbaycana səfəri qarşılıqlı fəaliyyətin, təhlükəsizlik sahəsində əməkdaşlığın, risklərin minimallaşdırılması, iki ölkənin inkişafı və xalqların firavanlığının təmin edilməsi kimi məqsədlərə nail olunması işinə öz töhfəsini verəcək.

Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi qeyd edib ki, Azərbaycan və Rusiya dövlətləri başçılarının iki ölkə arasında münasibətlərin inkişafından razılıq ifadə etmələri böyük önəm daşıyır və prezidentlər arasında olan münasibətlər bütün digər qurumların da səmərəli fəaliyyətinə təkan verir. İki ölkə əlaqələrinin inkişafında təhlükəsizlik məsələlərinin böyük rol oynadığını deyən Nikolay Patruşev qeyd edib ki, təhlükəsizlik təmin olunarsa iqtisadi, mədəni və bütün digər sahələrdə əməkdaşlığın inkişafında hər hansı bir problem ola bilməz. Bu gün beynəlxalq aləmdə vəziyyətin kifayət qədər gərgin olduğunu qeyd edən qonaq səfəri zamanı Azərbaycan tərəfi ilə beynəlxalq və regional təhlükəsizlik məsələlərinin müzakirə olunacağını vurğulayıb.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button