Xəbərlər

Əliyev rejimi eitraz edən gənc fəallara qarşı represiya maşınını durquzmayıb.

Fevralın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində NİDA vətəndaş hərəkatının fəallarının işi ilə bağlı məhkəmə davam edib.

Artıq uzun müddətdir davam edən məhkəmə prosesi hər bir iclasında şou ilə, məsqərə ilə yadda qalır. Belə ki, prokurorun gənc fəalları həbs etdirmək üçün əsaslı heç bir ittiham ortaya qoya bilmir. Bir neçə həftədir məhkəmə şahid qismində dindiriləməsi gözlənilən Anar Abbasovu məhkəməyə gətirə bilib. Bundan əvvəl də çıxşı edən şahidlər prokurorun ümidlərini doğrulda bilməyib, Anar Abbasov ifadəsində vəkillərin suallarına cavab verən zaman ciddi şəkildə çarıxıb. Ancaq prokuror və hakim də qanunu pozub. Belə ki, Anar Abbasov ifadə verərkən Şəxsiyyət Vəsiqəsi yanında olmayıb və rəsmi şəkildə proses iştirakçılarına təqdim olunmayıb, hakimsə bunu normal hesab edib.

Bundan başqa prokuror Anar Abbasova ifadə üçün istiqamət verib ki, bu da etirazlara səbəb olsa da hakim heç bir tədbir görməyib. Nəticədə NİDA-çılar məhkəməyə etiraz olaraq vəkillərə prosesə qatılmamaq barədə təlimat veriblər.

Bu hüquqi baxımdan etiraz forması sayıla bilər. Fevralın 28-ə təxirə salınan məhkəmədə vəkillərin iştirak edib etməyəcəyini isə indidən demək olmaz. Əliyev rejimi eitraz edən gənc fəallara qarşı represiya maşınını durquzmayıb. Proses davam edir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button