ArxivIslamXəbər lentiXəbərlər

Ramazan ayında Gürcüstan məscidləri açılacaqmı? – GMİ onlayn toplantıda qərar verdi

Dünən axşam (16.04.2020) Gürcüstan Müsəlmanları İdarəsinin Ali Dini Şurasının nəzdində Gürcüstan Ruhaniləri Heyətinin Ramazan ayının gəlişi münasibəti ilə dünyada yayılan yeni növ koronovirus (COVID-19) infeksiyası olduğu dönəmdə məscidlərdəki ibadət və mənəvi proqramların necəliyi haqda onlayn toplantı keçirilib.

Məlumatda bildirib ki, iki saata yaxın videgörüntü halında və müazakirəli şəkildə sürən toplantıda qərar qəbul olunub.

Qarşıdan gələn Ramazan ayı münasibəti ilə ölkə və dünya müsəlmanlarını təbrik edən GMİ bu Allah ayında Oruc, dua və bütün ibadətlərin qəbul olunmasını diləyiblər.

GMİ Şeyxi ruhanilərin adından deyib ki, düşünürük ki, hər hansı bir məsələdə humanist İslam dininin insan sağlamlığına dəyər verdiyini, hətta bir çox ibadət hökmlərində insan sağlamlığının zərurətindən dolayı güzəştə getdiyini və eləcə də hər zaman tədbirli olmağa dəvət etdiyi nəzərə alınmlalıdır.

Həmçinin dini məsələlərdə Quran və hədislərin fikirlərindən sonra dini mərcə hesab olunan müctəhid və fəqihlərin də görüşlərinə söykənərək qərar söylənilməlidir.
“Məlum olduğu kimi böyük müctəhid və din alimlərimiz günümüzün bəlası olan virusla mübarizə sahəsində dövlət və səhiyyə sahəsinin tələb və tövsiyələrinə əməl etməyi, onun qarşısının alınmasına dəstək verməsini şəri (dini) və əqli baxımdan vacib hesab etmişlər.

Məhz bunlara əsasən Gürcüstanda fəaliyyət göstərən Ruhanilər Heyəti mart ayının 17-dən etibarən heç bir dövlət təzyiq olmadan azad və könüllü şəkildə qərara alaraq məscidlərdə Cümə namazlarının, toplu şəkildə olan dini mərasim və ibadətlərin dayandırılmasını təkidlə tövsiyə etmişdir.

Artıq Ramazan ayına az qalan müddətdə təəsüflər olsun ki, Pandemiya (ümumdünya epidemiyası) halına gələn, ölkəmizdə də böyük həyati təhlükəyə çevirilən bu virusun tam qarşısını almaq mümkün olmamışdır. Buna görə də çarəsizlikdən bu ilki Allah ayında tək və fərdi ibadətlərə üstünlük verib, toplu ibadətlərdən: cammat namazlarından və cəm iftar məclislərindən uzaq durmağı tövsiyə edirik. Eyni zamanda tövsiyə olunur ki, bu il Ramazanın gözəl ənənəsi olan açmaq istədiyimiz iftar süfrələrinin əvəzinə onun dəyəri qarşılığında yoxsul və kimsəsizlərə pul və ya ərzaq alıb verək. Kasıb oruc tutan ailələrin iftar süfrəsinin açılmasına də səbəb olaq.”, -deyə Hacı Ramin İgidov əlavə edib.

GMİ Şeyxi sözlərinin davamında deyib: “Bu qərarla biz Gürcüstanın sayca ikinci dininin nümayəndələrindən olan tamhüquqlu müsəlman vətəndaşları düşünürük ki, həm Allahın razılığını qazanmış və həm də belə ağır gündə dövlətimizə dəstək olmaqla insanların sağlamlığı yolunda tədbir almış olarıq.

Uca Allahdan dua və ibadət ayı olan Ramazanda dilək və istəyimiz budur ki, ümumdünya epidemiyası olan bu virusun ölkəmizdən və bütün dünyadan aradan getməsi üçün yardımçı olsun. Allah bütün xəstələrə şəfa və insanlara da bu ağır günlərdə səbr, iradə və həmrəylik nəsib etsin. Amin!”

Qeyd edək ki, GMİ nəzdində olmayan məscid və icmalar hələ qərar verməyiblər.

Onu da qeyd edək ki, Patriarxiya pasxa bayramında kilsələrin açıq olması üçün hökümətə müraciət etmiş, sonradan bu mövzuda mübahisələr yaranmışdı. Lakin sonda xüsusi önləyici tədbirlərlə birlikdə kilsələrin açıq olması qərara alındı.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button