ArxivXəbər lentiXəbərlər
NMR-nin ali məclisinin sədri İran xalqına başsağlığı verib

Naxçıvan Muxtar Respublikası ali məclisinin sədri Vasif Talıbov İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifə müraciət edərək İranın şimal qərb vilayətlərində baş verən sel fəlakəti münasibəti ilə İran xalqı və dövlətinə başsağlığı verib.
İRİB-in Bakı ofisinin verdiyi məlumata görə, NMR ali məclisinin sədrinin müraciətində deyilir: şərqi Azərbaycan, qərbi Azərbaycan və Ərdəbil ostanlarında təbii fəlakət nəticəsində insanların həyatını itirməsi bizi dərindən kədərləndirdi.
Bu fəlakətə görə sizə, həyatını itirənlərin ailələri və yaxınlarına, dost İran xalqına ürək ağrısı ilə başsağlığı verir və yaralananlara şəfa diləyirəm.