ArxivXəbər lentiXəbərlər
“Nida”çı Bayram Məmmədovun cinayət işi məhkəməyə göndərilib

“Nida” Vətəndaş Hərəkatının həbsdə olan üzvü Bayram Məmmədovun barəsində olan cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.
Vəkil Elçin Sadıqovun APA-ya verdiyi məlumata görə, cinayət işinin ittiham aktı Bakı Ağır Cinayətlər Məhkəməsinə təqdim edilib. İş yaxın günlərdə icraata veriləcək.
Qeyd edək ki, B. İbrahimov Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma) maddəsi ilə ittiham olunur. Xətai rayon Məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Bir neçə gün əvvəl onun həbs müddəti 2 ay uzadılıb.