ArxivmədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər
Lənkəranda: Şəhər məktəbində dam, döşəmə sıradan çıxıb, yağış yağan kimi sinif otaqlarına damır…

“Builki tədris mövsümündə məktəbdə təmir işləri aparılacağına ümid etsək də, vəziyyət dəyişməyib. Məktəbin tualeti elə durumdadır ki, uşaq evə özünü güclə çatdırır. Lənkəranda bir neçə məktəb bu il təmir edildi, amma 10 saylı məktəb yada düşmədi”.
Bunu Meydan TV-yə Lənkəranda yaşayan bir qrup valideyn bildirib. Onların sözlərinə görə, məktəb uzun illərdir təmir edilmədiyindən bərbad vəziyyətə düşüb. Dam, döşəmə sıradan çıxıb, yağış yağan kimi sinif otaqlarına damır. Pəncərələr kağız kartonlarla qapadılıb.

“Mən 20 il əvvəl həmin məktəbdə təhsil almışam, bina o vaxt bundan sağlam idi. İndi uşağı məktəbə aparanda sözün həqiqi mənasında şoka düşdüm. Müəllimlər deyirlər ki, uzun müddətdir belə şəraitdə işləməyə məcbur qalıblar. Bu məktəbin məzunlarının çoxu ali təhsil alır, müxtəlif dövlət orqanlarında çalışırlar. Məktəb iki dəfə ilin məktəbi seçilib. Amma nəzərə almırlar ki, uşaqlar belə şəraitdə xəstəlik tapırlar”,-valideynlərdən Fəridə Rəhimova deyib.
Valideynlər bildiriblər ki, şəhərdə yerləşən məktəbdə qışda odun yandırırlar, uşaqlar sinif otaqlarında üst geyimdə otururlar:
