Xəbərlər

Ən böyük təhlükə vəhhabilikdir – Türkiyə Cəfərilərinin lideri

Bunu Türkiyə Cəfərilərinin lideri Səlahəddin Özgündüz bildirib.

O, İslam dünyasının ən böyük bəlasının məzhəb qarşıdurmaları və təkfir anlayışı olduğunu söyləyib: “İmperialistlər iki əsrdir, İslam cəmiyyətində məzhəb müharibəsi yaratmaq üçün planlar qururlar. İngilislər iki əsr bundan əvvəl İslam birliyini təmsil edən Osmanlı imperiyasını, onun daxilindəki bu birliyi parçalamaq üçün Vahhabiyyəti meydana gətirdilər və onu təşkilatlandırdılar. Həmin vaxtdan etibarən bu anlayış İslam birliyini hədəfə alıb. Onlara gücü isə arxalarındakı imperializm dəstəyi və hər gün artan maliyyə yardımı verir.”
S.Özgündüz müqəddəs torpaqların vəhhabilərin əlində və rəhbərliyi altında olmasının onlara mənəvi güc verdiyini deyib: “Hazırda vəhhabilik daha çox sünni məzhəblərini hədələyir. Onlar öz təkfirçi anlayışlarını sünnilərə təlqin edirlər. Əllərindəki bu qədər maddi gücdən, müqəddəs Məkkə və Mədinədən istifadə edərək, oraya gedən zəvvarların beyinlərinə girirlər. Bu, çox təhlükəlidir. Əl-ələ verib, ingilislərin uydurması olan bu dini anlayışdan müsəlmanları və İslam ölkələrini xilas etməliyik.”

(SalamNews)

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button