ArxivIslamQadin və hicabXəbər lentiXəbərlər
Avropalı deputatdan hicaba dəstək: Qadağanı pislədi

qafqaz.ir -un “Islam.ru”-ya istinadən verdiyi xəbərə əsasən, Avstriya parlamentinin müstəqil üzvü Marta Bisman ümumi iclasdakı öz çıxışı zamanı, ibtidai məktəblərdəki hicab qadağasına etiraz olaraq başını yaylıqla örtüb.
Hicab taxan Bisman deyib: “Nə dəyişdi? Mən artıq başqa biri oldum? Mən daha azad deyiləm?”, – deyə o qeyd edib.
Onun sözlərinə görə, tətbiq edilən qadağa gündəlik həyatda da hicabın qadağan edilməsi istiqamətində atılmış ilk addımdır.
O bildirib ki, son 10 il ərzində sağçı “Azadlıq Partiyası”na (FPO) görə irqçilik və islamofobiya güclənib.
“Qadağanı gətirənlər dözümlülük və etiqad azadlığı kimi yüksək dəyərləri aradan aparmaq istəyirlər”, – deyə o əlavə edib.
Xatırladaq ki, yeni qadağaya əsasən, 10 yaşadək olan qız uşaqlarına bütün ibtidai məktəblərdə başlarını örtməyə icazə verilmir.