İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin Siyasi Məsələlər üzrə müavini və İran nümayəndə heyətinin başçısı Abbas Əraqçi Avstriyanın paytaxtı Vyana şəhərində 4+1 dövlətləri arasında nüvə sazişinə qayıtmaq və İrana qarşı sanksiyaların ləğvi ilə bağlı müzakirələr aparan heyətlərin məsləhətləşmələr üçün ölkələrinə qayıda biləcəyini söyləyib.
Məlumat görə, Əraqçi, bu danışıqlar turunda hər hansı bir nəticə əldə edilməsindən əmin olmadığını vurğulayıb. O qeyd edib ki, heyətlər əlavə məsləhətləşmələr üçün ölkələrinə qayıda bilərlər, lakin hələlik bununla bağlı son qərar verilməyib.
Əraqçi sonra deyib: “Rusiya və Çin arasında yaxşı koordinasiyamız var. Üç Avropa ölkəsi ilə başqa dördtərəfli görüşümüz oldu. Ekspert görüşləri də davam etməkdədir”.