Ərbəinə gedən azərbaycanlı ilahiyyatçı Kərbəlada dünyasını dəyişdi – VİDEO

Bir müddət əvvəl Ərbəin üçün Kərbəlaya gedən ilahiyyatçının ölkəsinə dönmədiyi və itkin düşməsilə bağlı məlumatlar yayılmışdı.
Yusifov Davər Qafar oğlu haqqında İraq hüquq mühafizə orqanlarına məlumat verilmişdi.
Dünən isə onun Kərbəlada dünyasını dəyişməsilə bağlı ailəsinə bilgi verilib.
Qeyd olunur ki, İmişli rayonunun Sərxanlı kəndinin axundu kimi də tanınan Hacı Davər Kərbəla ziyarətgahında sıxlığa düşərək ürəktutmasından dünyasını dəyişib. O ürək xəstəliyindən əziyyət çəkirmiş.
Mərhumun Kərbəlada və ya vətəndə dəfn olucağı ailəsinin verəcəyi qərardan asılıdır. Ehtimal verilir ki, bu cür böyük ziyarətdə dünyasını dəyişənin ilahiyyatçı Kərbəlada dəfn olunacaq.
İslamazeri.com olaraq mərhuma Mütəal Allahdan rəhmət, qonağı olduğu İmam Hüseynin (ə) şəfaitinə nail olmağı diləyir, yaxınlarına, dostlarına dərin hüznlə başsağlığı veririk.
Ərbəinə gedən azərbaycanlı ilahiyyatçı Kərbəlada dünyasını dəyişdi – VİDEO