İŞİD-ə yemək daşıyan Elxanın məhkəməsi başladı

İŞİD-ə qoşulmuş azərbaycanlının məhkəməsi başlayıb. Bakı Ağır Cinayətlər Məhkəməsində Suriyadakı döyüşlərdə iştirak etməkdə təqsirləndirilən Elxan Mustafayevin hazırlıq iclası keçirilib.
Qafqaz mədəniyyət mərkəzi xəbər verir ki, onun vəzifəsi maşınla yemək daşımaq olub. Bu işinə görə ayda 150 dollar əmək haqqı alırmış. Azərbaycana keçərkən Qazaxda həbs edilib.
Prosesin baxış iclası isə martın 18-nə təyin edilib. Onunla birlikdə Rəsulov Bəhruz Aydın oğlu, Əzizov Kamran İltifat oğlu, Əlixanov Nadir Mahir oğlu, Şahbazi Bəxtiyar İmriz oğlu, Şahbazi Bəhruz Bəxtiyar oğlu, Məhəmmədzadə Sadiq Yadigar oğlu, Hacıyev Rahim Sədi oğlu, Sultani Vidadi Saleh oğlu və Aslanov Ramil Urfan oğlu da həbs edilib.