Aktual
Ramazanın gəlişi münasibətilə siyasi və vicdan məhbusları azadlığa buraxılmalıdır – deputat

İqbal Ağazadə Müqəddəs Ramazan ayının başlaması münasibətilə xalqı təbrik edərkən billdirib
Müqəddəs Ramazan ayının başlanması münasibətilə hakimiyyət tərəfindən ölkədə ədalətli seçki mühiti yaradılmalı, demokratikləşmə istiqamətində ciddi addımlar atılmalı, siyasi və vicdan məhbusları azadlığa buraxılmalıdır.
Bu barədə Prezidentliyə namizəd, deputat, Ümid Partiyasının sədri İqbal Ağazadə Müqəddəs Ramazan ayının başlaması münasibətilə xalqı təbrik edərkən billdirib.
O deyib ki, bu, seçki öncəsi cəmiyyətə barış əhval-ruhiyyəsinin yaranması üçün səmərəli addım olar: “Bu gün ölkəmizin zəngin yeraltı və yerüstü sərvətlərinin olmasına baxmayaraq, günü-gündən artan sosial-iqtisadi çətinliklər, insan hüquq və azadlıqlarının pozulması, demokratik seçki mühitinin olmaması cəmiyyətdə gərginlik yaradıb.”(SalamNews)