ArxivXəbər lentiXəbərlər

Ərdəbilə səfər edən Azərbaycan vətəndaşlarının yarısı müalicə üçün gəlir

Biləsuvar fərmandarı deyib: “Ərdəbilə səfər edən Azərbaycan vətəndaşlarının yarısı müalicə məqsədilə gəlir”.
Qafqaz Mədəniyyət Mərkəzi – Cümə axşamı günü Biləsuvar gömrük-keçid məntəqəsində olmuş fərmandar Aram Həlim jurnalistlərə açıqlamasında deyib: “Hər gün 1500 nəfər Azərbaycan vətəndaşı Biləsuvar gömrüyü vasitəsilə səfər edir. Onların yarısı Ərdəbil və ətraf şəhərlərdə müalicə xidməti almaq üçün gəlir. Digər yarısı isə Məşhəd və Qum ziyarətləri, bir sıra turist şəhərlərini görmək üçün səfər edir. Onların arasında gündəlik məişətlərinin təmini üçün səfər edənlər də vardır”.
Biləsuvarın fərmandarı vurğulayıb: “Gömrük xidmətinin yüksək səviyyəyə gətirilməsindən sonra Azərbaycan vətəndaşlarının gediş-gəlişləri də yaxşılaşmışdır və gömrük-keçid məntəqəsində turistlərin çox rahat və arxayıncasına səfər etmələrinin şahidiyik”.
Aram Həlim Fitr bayramının yaxınlaşması və yay tətilləri ilə bağlı yaranacaq vəziyyətə də işarə edərək deyib: “Həm Azərbaycan, həm də İran vətəndaşlarının rahat və təhlükəsiz səfər etmələri üçün Biləsuvar gömrük keçid məntəqəsində bir sıra hazırlıqlar və tədbirlər həyata keçirilmişdir”.
Fərmandar əlavə edib: “Ərdəbil və Biləsuvar təhlükəsiz və turizm cazibəlikləri ilə dolu şəhərlərdir. Bu məsələ Azərbaycan vətəndaşlarının səfərinin məqsədi ola bilər”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button