ArxivXəbər lentiXəbərlər

İran Azərbaycanla mədəni əməkdaşlıqların inkişafında maraqlıdır

İRNA-nın icraçı direktoru Bakıda Azərbaycan Respublikası Milli Elmlər Akademisyasının rəhbəri ilə görüşündə deyib: İran İslam Respublikası qonşu ölkələr, xüsusiylə də Azərbaycan Respublikası ilə elmi və mədəni əlaqələrin genişləndirilməsində maraqlıdır.

Seyid Ziya Haşimi dünən baş tutan bu görüşdə deyib: Elmi simalar və mədəni əlaqələr ölkələrin taleyində tarixi rol oynaya bilər. 

Görüşdə EKO mədəniyyət müəssisəsinin sədri Məhəmməd Mehdi Məzahiri və İranın islami şura məclisinin üzvü Məsumə Ağapur da iştirak edib. 

İRNA-nın icraçı direktoru deyib: İran və Azərbaycan Respublikası üçün tale yüklü bir dövrdə yaşayırıq və bu dövrdə bizim yanaşma tərzimiz təyinedici olacaqdır. O deyib: Biz Azərbaycanda özümüzü qərib hiss etmirik və bu müştərək sərmayələrimizin məhsuludur və onları mühafizə etməliyik ona görə ki, bəzi şeytanlar ona xələl gətirmək istəyə bilərlər. 

Azərbaycan Respublikası Milli Elmlər Akademisyasının rəhbəri Akif Əlizadə də İranın elmi araşdırma mərkəzləri ilə əməkdaşlıqları müsbət qarşılayaraq deyib: Bu sahədəki əməkdaşlıqları razılaşmalar imzalamaqla genişləndirə bilərik. 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button