İsveçrənin İrandakı səfiri İmam Rzanının (ə) hərəmini ziyarət etdi

İmam Rzanının (ə) hərəmini ziyarət edən İsveçrənin İrandakı səfiri Culiya Haus Qüds Rəzəvi ostanındakı muzeylərinə baş çəkib.
Deyerler.org Asdan News-a istinadən xəbər verir ki, İsveçrə səfiri ziyarətilə bağlı mətbuata açıqlamasında, 3.5 ildir İsveçrənin İrandakı səfiri vəzifəsində işlədiyini və bu müddət ərzində Məşhədə gəlməyi həmişə arzu etdiyini bildirib: “Bu arzum bu gün həyata keçdi. Mən səkkizinci İmamın (ə) pak hərəmində mənəvi mühitdən çox təsirləndim, çünki burada hər kəs rahat ibadətlə məşğuldur. Bura çox cəlbedici bir məkandır və buraya gələn hər kəsin diqqətini özünə çəkir”.
İsveçrə səfiri açıqlamasının davamında belə danışıb: “Qüds Rəzəvi ostanında ziyarətçilərin diqqətini çəkən bir çox qiymətli əşya toplanmışdır. Burada müxtəlif tarixli dövrləri görmək mümkündür. Bu isə bu kompleks üçün böyük üstünlük sayılır”.