Ərdəbil Fərhəngiyan Universitetinin professoru: Od külün altındadır və münaqişənin sonu yetişməyib

Doktor Behnam Səhranəvərd: Moskvada keçirilən üçtərəfli görüşdə atəşkəs əldə olunsa da, bunun münaqişənin sonu olacağı məlum deyil.
Qafqaz Həqiqətləri xəbər verir ki, şənbə günü Qafqaz Mədəniyyət Mərkəzinin evsahibliyi və professorların, politoloqların, beynəlxalq münasibətlər və beynəlxalq hüquq mütəxəssislərinin iştirakı ilə “Qarabağ münaqişəsindəki son hadisələrin araşdırılması” elmi konfransı keçirilib.
Konfransda Fərhəngiyan Universitetinin professoru Behnam Səhranəvərd Qarabağ bölgəsinin həmişə problelmlə üzləşməsinə və bu bitməyən konfliktin 80-cı illərdən sonra yenidən davam etməsinə, iki ölkənin 4 il müharibə etməsinə toxunaraq deyib: “Qarabağ müharibəsi dövründə İranın Azərbaycana müxtəlif sahələrdə köməyinə baxmayaraq, Azərbaycan Ermənistanla müharibədə özünün 20 faiz torpağını itirdi.”
Doktor Səhranəvərd 27 oktyabrda bu bölgədə müharibənin yenidən alovlanmasına və dünən axşam atəşkəs elan edilməsinə təkid edərək deyib ki, İran və Türkiyə kimi qonşu ölkələrin bu münaqişədə rolu, habelə muzdur və ekstremis qüvvələrin bu müharibəyə daxil olmasının nəticələrinin araşdırılması çox zəruridir.
O əlavə edib: “Moskvada keçirilən üçtərəfli görüşdə atəşkəs əldə olunsa da, bunun münaqişənin sonu olacağı məlum deyil. Məsələlər dərindən araşdırılmalı, ölkəmizin mövqei təhlil olunmalıdır.”
Münaqişənin necə tamamlanmasının BMT tərəfindən Minsk qrupuna tapşırılmasına da toxunan politoloq deyib: “Bu məsələ böhranın dərinləşməsinə və düyünün açılmamasına səbəb olub.”
Doktor Səhranəvərd əlavə edib: “Belə nəzərə gəlir ki, münaqişə sönməyə doğru gedir, lakin ekspertlərin fikrincə, Qarabağ münaqişəsi kül altında olan od kimidir və onun sonu görünmür.”