AktualAktualArxivIslamŞəxsiyyətlərSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Ərdəbil imam cüməsi: Bütün islahat tədbirlərində xalqın və aşağı təbəqənin dözümlülüyü nəzərə alınmalıdır

Ayətullah Seyid Həsən Amili cümə namazı xütbələrində deyib: “Hörmətli hökumət iqtisadi islahatlara başlamaq niyyətindədir. Bu iş özlüyündə çox yaxşıdır və uzun müddətdə dövlət siyasətçiləri bunu həyata keçirməkdə çətinlik çəkəcəklər.”

Qafqaz Həqiqətləri xəbər verir ki, Vəliyyi-fəqihin Ərdəbil əyalətində nümayəndəsi cümə namazı xütbələrində Mərkəzi Bankın sədrinin təqlid mərcələri ilə son görüşünə toxunaraq deyib: “Bu həftə Mərkəzi Bankın rəhbəri Qumda təqlid mərcələri ilə görüşdü və onlardan göstəriş istədi. Mərkəzi Bankın rəhbəri təqlid mərcələrinin hüzuruna gəlirsə, onların ürəkyandırmalarına və fiqhi məsləhətlərinə diqqət yetirməlidir. Əks təqdirdə onlara hörmətsizlik etmiş olur.”

Ayətullah Amili əlavə edib: “Demək olar ki, bütün təqlid mərcələri banklarda sələmin kökünün kəsilməsini tələb etdilər və yardımçı vəsaitlər üçün 20% faiz almağın İslam Respublikasının şəninə uyğun olmadığını vurğuladılar. Təqlid mərcələri qeyri-qanuni gəlirləri ayırd edə bilən ən yüksək məqam kimi cari mənfəətləri almağı açıq şəkildə sələmçilik adlandırırlar və bunula da dövlətin qarşısında ağır vəzifə qoydular. Bu məsələ Məclis (İslami Şura Məclisi), xüsusilə də iqtisadi komissiya tərəfindən izlənməlidir. İş o yerə çatmamalıdır ki, təqlid mərcələri bu məsələyə etiraz etsin.

Ödənişin gecikməsinə görə, hətta dəyən ziyana görə əlavə təzminat tələb etmək bir çox vətəndaşlarımızın, xüsusən də investorların həyatına od vurub. Gecikmiş ödənişə görə ödəniş mexanizmi ağır zərərin alınması ilə məhdudlaşmır. Həmçinin, pulu saxlamaq üçün xərcin yüksək olması, sələmçiliyə yol açmamalıdır. Mərkəzi Bankın və ya hökumətin bank sistemində islahatlar aparacağına ümid etməzdən əvvəl məhkəmə sistemindən ciddi tələbimiz vardır. Məhkəmə sistemindən istəyirik ki, cənab Rəisinin bu idarəyə rəhbərlik etdiyi dövrdə, habelə Baş prokurorun bankların daha çox gəlir bəhanəsi ilə borcalanların əmlakını ələ keçirə bilməsini qadağan etməsinə dair verdiyi göstərişləri icra etsin.”

Ayətullah Amili qabaqkı hökumətin cari təklifi təmin etmək üçün dəfələrlə pul çap etməklə inflyasiyanı artırdığını və bank sistemində islahatlar aparılmalı olduğunun zəruriliyini qeyd edib.

İmam cümə deyib: “Hörmətli hökumət iqtisadi islahatlara başlamaq niyyətindədir. Bu iş özlüyündə çox yaxşıdır və uzun müddətdə dövlət siyasətçiləri bunu həyata keçirməkdə çətinlik çəkəcəklər. Bütün islahat tədbirlərində xalqın və aşağı təbəqənin dözümlülüyü nəzərə alınmalıdır. Əks halda islahat hərəkətləri nəticəsiz qalacaq, hətta əks nəticə verəcək.”

Son günlərdə Ərdəbildə qar yağmasını Allahın geniş rəhməti adlandıran xətib deyib ki, Mütəal Allah öz lütfü ilə geniş rəhmətini bizə nazil etdi və bizi su çətinliyindən xilas etdi. İçməli su, kənd təsərrüfatı və sənaye suları ilə bağlı problemlərimiz var. Amma bu böyük yağıntılar su ehtiyaclarını təmin etmək üçün çox faydalıdır. Allaha dildə və əməldə sonsuz şükürlər edirik.

Ərdəbil imam cüməsi əlavə edib: “Bu bir neçə gündə Ərdəbil və ətraf şəhər və kəndlərin sakinləri çoxlu problemlərlə üzləşdilər. Aidiyyatı qurumlar təlaş göstərdilər və avadanlıqlarını meydana çıxardılar. Lakin bu kifayət etmədi və hazırda şəhərdə 40 ekipaj və 200 cihazla çalışırlar, ancaq yenə bu kifayət deyil.

Bu hadisənin idarə edilməsində bəzi böyük qüsurlar üzə çıxdı. Birincisi, hakimiyyət qonşu əyalətlərdən kömək almalı idi. Necə ki, biz onlara zəlzələ və digər fövqəladə hallarda kömək edirik. İkincisi, faciənin dərinliyi dərhal Tehrana çatdırılmalı idi. Necə ola bilər ki, Daxili İşlər Naziri hansısa əyalətin daşqından zərər çəkmiş insanlarına dərhal baş çəkir, qərarlar çıxarır, bəzi qərarların qəbulunu dövlətin iclasına çıxarır, maddi ziyanların aradan qaldırılması üçün təzminatlar verir, amma problemlərin dərinliyi ilə tanış olmaq üçün əyalətimizə hətta zəng də vurmur? Oraya SEPAH və ordunun mühəndis texnikası, helikopterləri və köməkçi qüvvələri göndərilir.

Cənab nazir bilməlidir ki, Xalxala bir metr yarım qar yağması, sel fəlakətindən az deyil.

Üçüncü irad ondan ibarətdir ki, hakimiyyət əvvəlcədən hazır olmalı, hər şeyə proqnoz verməli və əsas avadanlıqları hazır saxlamalıdır. Ərdəbil Ərdəbildir, yəni hər il belə hadisələr ola bilər. Əvvəllər də oxşar hadisələr baş verib. Onlar ibrət deyilmi? Əyalətimiz üç hissədən ibarətdir: Boran, Moran və Aran. Fövqəladə hadisələri proqnozlaşdırarkən hər üç bölgənin xüsusiyyətləri nəzərə alınmalıdır.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button