İranın Qərbi Azərbaycan vilayətinin Urmiyyə şəhərindəki Gənclər Kinosu Cəmiyyətində Yusif Kargərin müəllifliyi və rejissorluğu ilə istehsal olunmuş “Ağı” qısametrajlı filmi Azərbaycan Respublikasının 7-ci ailə festivalının münsiflər heyətinin xüsusi mükafatını əldə edib.
Festivalın sonuncu günündə bu bədii əsərin rejissoru tərəfindən həmin mükafatı almış İranın Bakıdakı səfirliyinin mədəniyyət attaşesi Seyid İbrahim İbrahimi bu haqda deyib: Bu qısametrajlı film Azərbaycan Respublikası, Türkiyə, Özbəkistan, İsveç, Rusiya, Almaniya və Amerika daxil olmaqla müxtəlif ölkələrdən olan otuz digər ölkə arasında bu mükafata layiq görülüb.
O, əlavə edib: Film oğlunun pak cənazəsinin gəlməsini 25 il gözləyən bir şəhid atasından söz açır və nəhayət, intizar başa çatır və o, şəhid övladının sümüklərini təhvil alır və şəhidin sümükləri olan qutunun üzərində vay-şivən qoparır ki, İranın Qərbi Azərbaycan vilayətində bu cür şivənə ağı deyirlər.
İbrahimi söyləyib: Bu film bundan öncə də bir neçə beynəlxalq festivalda mükafata layiq görülüb və son zamanlar Oskar mükafatını almaq üçün təqdim olunubdur.
Bu filmin kinooperatoru- Peyman Abbaszadə, montaj edənləri- Hüseyn Şairi və Məsud Dövlətxani, səs operatoru- Həsən Salmani, mikşeri- Arəş Qasemi və layihənin icraçısı Ehsan Məhdiyandır.
Azərbaycan Respublikasının beynəlxalq ailə festivalı bu ölkənin Ailə, Uşaq və Qadın Hüquqları Təşkilatının təşəbbüsü və həmin ölkənin prezident administrasiyasının dəstəyi ilə fəaliyyətə başlayıb.
Bu il bu festivalın müxtəlif bölmələrində 400-dən çox film iştirak etmişdi.