Ərdəbildə “Dünya Azərbaycanlılarının Həmrəyliyində Şiə Kimliyinin Rolu” mövzusunda peşəkar konfrans keçirilib
Ərdəbil şəhərin də “Dünya Azərbaycanlılarının Həmrəyliyində Şiə Kimliyinin Rolu” mövzusunda peşəkar konfrans baş tutub

Ərdəbil şəhərin də “Dünya Azərbaycanlılarının Həmrəyliyində Şiə Kimliyinin Rolu” mövzusunda peşəkar konfrans baş tutub.
Qafqaz Həqiqətləri xəbər verir ki, Ərdəbil Azad Universiteti müəllimlərinin iştirakı ilə “Dünya Azərbaycanlılarının Həmrəyliyində Şiə Kimliyinin Rolu” konfransı keçirilib.
Şəhərin elmi mərkəzlərinin birində baş tutan bu konfrans öz işinə Qurani-kərimdən bir neçə ayənin tilavəti ilə başlayıb. Daha sonra Mühəqqiq Ərdəbili Universitetinin elmi heyətinin üzvü doktor İbrahimi şiə kimliyinin xüsusiyyətləri haqda danışıb və özünütanıma nı dini kimliyin dərk edilməsində ilk addım adlandırıb.
Hökumətin ilahiliyini, insanın insanlığına diqqətini və inanclı olmağı ş iə təfəkkürünün əsas məqamları kimi qeyd edən doktor İbrahimi deyib: “Dini kimlikdə təkcə dilə diqqət etmək deyil, həm də onun ilahi mahiyyəti nəzərə alınır.”
Elmi işçi ilahi rəhbərlərə, ədaləttələbliyə və zülmlə mübarizəyə inanmağı şiə kimliyinin digər xüsusiyyətləri adlandıraraq deyib: “ Məsələn, rus qüvvələrinin ölkəyə hücumunun qarşısının alınmasında və ya İraqla zorla qəbul etdirilmiş müharibədə söhbət dil və etnik mənsubiyyətdən yox, kimlikdən gedirdi və burada inanclar təsirli idi.”
Doktor İbrahimi həmçinin şiə kimliyinin digər xüsusiyyətləri kimi haqqın əsas götürülməsini, dinə mədəni baxışı , mərcəiyyətə və mükəmməlliyə diqqət yetirməyi qeyd edib.
Konfransın davamında Ərdəbil universitetlərinin elmi işçisi doktor Rəsuli çıxış edərək deyib: “ Sovet İttifaqının dağılması və Azərbaycan Respublikası nın yaran masın dan sonra orada dinə alət kimi baxan və onu siyasi güclərin xidmətində qoyan qeyri-insani kimlik cərəyanları formalaşdı . ”
Doktor Rəsuli bəzi daxili siyasi cərəyanları, eləcə də Azərbaycan Respublikasının daxilində tarix və kimlik qondarmağa çalışan cərəyanları tənqid edərək deyib: “ Biz etnik və dil birliyindən insan birliyinə keçməli, torpaq aləmindən daha geniş düşünməliyik. Çünki şiə təliminə görə düşüncə candan irəlidədir və şiə kimliyi azərilər və ya şiələr arasında birlikdən əlavə, belə birlik ardıncadır. ”
Şəhid Qasim Süleymanini belə bir cahanşümul baxışın bariz nümunəsi adlandıran doktor Rəsuli deyib ki, general Süleymani sünni, şiə, müsəlman, xristian və yəzidi bəhsinə varmadı. O, özünü insanlıq üçün qurban verdi.
Konfransda çıxış edənlərdən biri də Ərdəbil Fərhəngiyan Universitetinin elmi heyətinin üzvü doktor Fərəhmənd olub. O, alimlərin din sahəsində araşdırmalarına və onun müxtəlif ölçülərinə istinad edərək, dinin dil aspektinə toxunaraq deyib: “Dilə etnik baxışın arzuolunmaz nəticələri vardır, ancaq bu məsələyə təhdid kimi baxmaq olmaz. Çünki türk dili şiə məzhəbinə xidmət edir və buna bir fürsət kimi baxmaq lazımdır. ”
Doktor Fərəhmənd türk dilini dinamik, güclü və məhsuldar bir dil kimi qiymətləndirərək, şiəliyin təbliği sahəsində ondan istifadənin zəruriliyini vurğulayıb.
Fərhəngiyan Universitetinin elmi işçisi qeyd edib ki, Ali Məqamlı Rəhbərin tövsiyələri əsasında fəaliyyət göstərdiyimiz hər sahədə uğur qazanmışıq. Mədəniyyət və dil sahəsində də Ali Məqamlı Rəhbərin tövsiyələrinə diqqət olunmalıdır ki, uğur qazana bilək. Azərbaycan Respublikası şiələrinə fürsət kimi baxmaq və onların arasında şiə düşüncəsini və kimliyini genişləndirmək lazımdır.
Peşəkar konfransın sonunda höccətül-islam Cəfərzadə deyib: “Kommunist rejiminin 70 illik repressiyasından sonra Azərbaycan ölkəsi azadlıq və dini inancın şirinliyini dadıb, şiə və islami inkişafların ağırlıq mərkəzinə çevrilib.
Ərdəbil vilayəti Səfəvilər dövründən dini kimliyin möhkəmlənməsində və yayılmasında böyük rol oynasa da, son onilliklərdə Azərbaycan Respublikası bu rolu öhdəsinə almışdır və effektiv hərəkət üçün zəmin yaratmışdır. ”
Ərdəbil Əyalətinin İslami Təbliğat İdarəsinin Baş direktoru İslam və şiə məktəblərinin mahiyyətini məzlumlara və yoxsullara dəstək olmaq kimi qiymətləndir ərək deyib: “ İslamın gəlişi ilə elmi əsaslar beynəlxalq və qlobal miqyasda dəyişdi və bu gün biz elm, bilik və rasionalizm sahəsində fərqli bir perspektivlə qarşılaşırıq. ”
Cəfərzadə vurğulayıb ki, şiə məktəbinin Azərbaycana daxil olması məcburi şəkildə olmayıb, hətta 10 milyon Azərbaycan xalqı 70 illik repressiyadan sonra İslamı və şiə məktəbini qucaq açaraq qəbul etmişdir.
O, kommunizm dövründə məktəblərin və məscidlərin bağlanması, din alimləri və təbliğatçılara qarşı mübarizə tarixinə toxunaraq deyib: “Bu gün Azərbaycan Respublikasında müxtəlif şəraitin, xüsusilə şiə kimliyi və Əhli-beyt (ə) etiqadının güclənməsinin şahidi oluruq. Belə bir şəraitdə İslam və şiə məktəblərinin bütün ölçülərini nümayiş etdirmək vacibdir.”
Höccətül-islam Cəfərzadə şiə kimliyinin zülmə qarşı qalxdığını vurğulayaraq deyib: “Şiə məktəbi zalım hökmranlara qarşı iti qılıncdır , həmişə düşüncə sapınmasının və degenerasiyanın qarşısını almışdır, vəhdət və həmrəyliyə diqqət yetirmişdir. ”