İranın neft ixracatı kəskin artıb

Gəmiçilik xətti üzrə izəmə mərkəzlərinin statistikası göstərir ki, İranın neft ixracatı sentyabr ayında diqqəti çəkən səviyyədə artmışdır.
Qafqaz Həqiqətləri “Farsnews”-ə istinadla xəbər verir ki, Amerikanın nüvə saszişindən çıxmasından və İrana qarşı sərt sanksiyalar tətbiq etməsindən sonra İranın neft ixracı azalmışdı. Lakin “Tanker Trackers İnstitutu” və gəmiçilik xətlərini izləyən digər iki mərkəzin statistikası göstərir ki, İranın neft ixracı artmaqdadır.
Tanker Trackers İnstitutunun təsisçilərindən olan Səmir Mədəni bu barədə deyib: “İranın neft ixracatı diqqəti çəkən səviyyədə artıb. Biz indi cari ayda neft və qaz kondensatı ixracının gündəlik 1.5 milyon barelə çatdığını müşahidə edirik.
Bu ötən son 1 il yarımda görünməmiş bir rəqəmdir.”
Tanker Trackersin statistikasına əsasən, demək olar ki, bu ölçüdə neft və qaz kondensatı ixracatı avqust ayı ilə müqayisədə 2 dəfə artmışdır.
İnstitutun neft tankerləri və yüklərini izləməklə əldə etdiyi bu statistikaya görə, ixracatın təqribən yarısı xarici tankerlər və tankerdən tankerə ötürmə vasitəsilə həyata keçib. Ona görə də onların ixrac olduğu ölkəni təyin etmək çox çətindir.
Adının açıqlanmasını istəməyən digər iki mərkəz də İranın neft ixracatının artdığını bildirib. Lakin bu iki mərkəzin neft ixracatının artması barədə verdiyi rəqəmlər “Tanker Trackers”in verdiyi rəqəmlərdən aşağıdır. Məsələn onlardan birinin hesabatında göstərilir ki, İranın neft ixracatı sentyabr ayında hər gün ən azı 100 min barel artmışdır.