ArxivIslamXəbər lentiXəbərlər
Yeddi dəstə adam öz əməllərini batil edər…Günün hədisi

İmam Sadiq (ə) buyurmuşdur:
“Yeddi dəstə adam öz əməllərini batil edər: 1-Çoxlu elm sahibi olub məşhur olmayan (öz elmini başqalarına öyrətməyən) səbirli şəxs. 2-Öz hikmətini ləyaqəti olmayanların ixtiyarında qoyan hikmət sahibi. 3-Hiyləgər və xain şəxslərə inanan şəxs. 4-(Ürəyində) rəhmi olmayıb qəzəblənən hörmətli şəxs. 5-Övladının sirrini gizli saxlamayıb faş edən ana. 6-Dostlarını danlamağa və məzəmmət etməyə tələsən şəxs. 7-Dostu ilə həmişə mübahisə edən şəxs.”
“Xisal”, 2-ci cild, səh.16