AktualAktualArxivIslamQarabağSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Ərdəbildə Qarabağ konfransına 5-ci hazırlıq toplantısı keçirilib

Ərdəbildə Qarabağ konfransına hazırlıq istiqamətində “Qadınların mehvər olması ilə Qafqaz və Orta Asiyanın ictimai, siyasi və təhlükəsizlik dəyişimlərində din mədəniyyətinin təsiri” mövzusunda toplantı keçirilib.

Qafqaz Həqiqətləri xəbər verir ki, Ərdəbil valiliyinin Qadın və Ailə İşləri üzrə Komitəsi, İslam Təbliğatı İdarəsi, Təhqiqat, Təlim və Mədəniyyət İnstitutunun təşəbbüsü ilə Ərdəbildə Qarabağ konfransına hazırlıq istiqamətində “Qadınların mehvər olması ilə Qafqaz və Orta Asiyanın ictimai, siyasi və təhlükəsizlik dəyişimlərində din mədəniyyətinin təsiri” mövzusu ilə toplantı keçirilib.
Toplantıda çıxış edən Ərdəbil Valiliyinin Qadın və Ailə İşləri üzrə Komitəsinin sədri bu kimi toplantıların qadınların müxtəlif sahələrdə dəyər və rolunu sübuta yetirdiyini bildirərək deyib: “Hal hazırda cəmiyyətin 50 faizini qadınların təşkil etməsinə diqqət etməklə dini mədəniyyətin rəvacında qadınların roluna xüsusi diqqət ayrılmalıdır.”
Fəriba Məhəmmədlu əlavə edib: “Bu toplantının gənc nəslin ümumi məlumatının, dini görüşlərinin və zehniyyətinin yüksəlməsinə kömək edəcəyinə inanıram.”
Toplantının digər natiqi İslami Təbliğat İdarəsinin direktoru İran İslam Respublikasını dünyanın dini hökumətlə idarə olunan yeganə ölkəsi adlandırıb.
Höccətül-islam Cəfərzadə deyib: “İran İslam İnqilabı dünyanın dinə baxışını dəyişdi. Dərin və əsaslı baxışla diqqət etdikdə görürük ki, İslam İnqilabı ictimai və siyasi dəyişikliklərdə mühüm rol ifa edir.”
Cəfərzadə Qarabağ münaqişəsində İran İslam Respublikasının baxışı, İranın Azərbaycan Respublikası xalqı ilə həmrəyliyi və dəstək verməsinin aspektlərinin açıqlanması, Qarabağ münaqişəsində regional və trans-regional oyunçuların məqsədlərinin araşdırılması, habelə İranın qorunması və sabitliyində alim və elitanın rolunun araşdırlmasını bu toplantının digər mözularından olduğunu bildirib.
İslam Təbliğatı İdarəsinin direktoru vurğulayıb ki, əgər elm və din əxlaqi konteksdə hərəkət etməsə, bir sıra problemlər yaşana bilər. Bu elmi və mədəni toplantıda məqsəd təkcə elmi məqalələrin meydana gəlməsi deyil, elmi və mədəni məsələlərin yayılması, dəqiq çatdırılması və mövzuların ictimai və mədəni sahələrdə təsirli olması da nəzərdə tutulur.
Toplantının digər natiqi Ərdəbil Valiliyinin Təhlükəsizlik və Nizam-İntizam Komitəsinin sədri deyib: “Qarabağ İslam torpağı olaraq diqqətdə saxlanılır.”
Şübeyr Arəstə əlavə edib ki, İnqilabın ikinci addımındakı bəyanata əgər qarşıya çıxan hadisələrə İslam mədəniyyəti və sivilizasiyası çərçivəsində baxsaq, onda bu diqqətin səbəbi aydınlaşar.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button