Aktual

Şəhid Mübariz İbrahimova hörmətsizlik edən ARDNŞ rəsmisi

“Bibiheybət Neft-Qaz Çıxarma İdarəsinin rəisi İlqar Həmzəyevlə bağlı daxil olan şikayəti hələ ki, çox açmaq istəmirik. Bununla bağlı SOCAR rəhbərliyinə müraciət etmişik. Sözü gedən rəis 2009-cu ildən işçilər arasında ayrı-seçkilik salmaqla yanaşı, təhqir edici ifadələr işlədir.”

Bu sözləri FaktXeber.com-a “Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı Bibiheybət Neft-Qaz Çıxarma İdarəsinin rəisi İlqar Həmzəyevin fəhlələr tərəfindən iş yerinə asılan Şəhid Mübarizin və Məmməd Əmin Rəsulzadənin şəkillərini çıxararaq cırmasına dair daxil olan şikayətə aydınlıq gətirərkən söyləyib. Mirvari xanım onu da bildirdi ki, qanunsuzluqla üzləşən fəhlələr onlara müraciət edib və bundan sonra aidiyyəti qurumlara müraciət olunacaq: “Əgər şikayətlərə baxılmasa bu daha da pis nəticələrə gətirib çıxara bilər. Ona görə ki, Bibi-heybətlə bağlı bu birinci şikayət deyil. Bundan öncədə şikayətlər daxil olmuşdu. Əgər məsələ həllini tapmasa işçilər şirkət prezidenti ilə görüşməyə çalışacaqlar.”

Məmməd Əmin Rəsulzadənin şəkilinin cırılması və Şəhid Mübariz İbrahimovun şəkilinin çıxarılması məsələsinə də aydınlıq gətirən hüquq müdafiəçisi hadisənin doğrudan da baş verdiyini bildirdi: “ İlqar Həmzəyev hesab edirik ki, iş yerinə yalnız Heydər Əliyevin şəkli vurula bilər. Hazırda sözü gedən şirkətdə kifayət qədər Qarabağ veteranı fəaliyyət göstərir. Belə bir şəraitdə Şəhid Mübariz İbrahimovun şəklinə qarşı hörmətsizlik heç bir halda yol verilməzdir. Başqa vaxt vətənpərvərlikdən danışırlar.”

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button