AktualAktualArxivIslamQarabağSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

Ərdəbildə şəhid Süleymani və Qarabağ şəhidlərinin anılması beynəlxalq vebinarı keçirildi

Ərdəbildə şəhid Süleymani və Qarabağ şəhidlərinin uca məqamlarının anılması beynəlxalq vebinarı keçirildi.

Qafqaz Həqiqətləri xəbər verir ki, Ərdəbil Əyaləti Mədəniyyət və İslami İrşad İdarəsinin təşəbbüsü ilə 31 dekabrda şəhid Süleymani, Hərəm müdafiəçiləri və Qarabağ şəhidlərinin uca məqamlarının anılması münasibətilə beynəlxalq vebinar keçirilib. Vebinara evsahibliyi edən Ərdəbil Əyaləti Mədəniyyət və İslami İrşad İdarəsinin müdiri doktor Abdullah Bəhrül-Ülumi olub, Azərbaycan, Gürcüstan, Türkiyə və Rusiya ölkələrindən də qonaqlar video-konfrans şəklində vebinara qatılıblar.
Vebinarda çıxış edənlər cinayətkar Amerikanın əli ilə terror edilmiş Hacı Qasim Süleymaninin şəhadətinin ildönümü münasibətilə Ali Məqamlı Rəbbərə və dünyanın müsəlman ümmətinə başsağlığı veriblər. Habelə Hərəm müdafiəçiləri və Qarabağ şəhidlərinin uca məqamlarını yad ediblər, Hərəm müdafiəçiləri və vətən şəhidlərinin, o cümlədən Hacı Qasim Süleymani və Polad Həşimovun bir ölkəyə deyil, bütün İslam dünyasına aid olduğunu vurğulayıblar.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button