
اعوذ بالله من الشیطان الرجیم
بسم الله الرحمن الرحیم
الحَمدُلله الَّذی خَلَق السمواتِ و الارض و جَعَل الظُلماتِ و النور ثُمّ الَّذینَ کَفَروا بِرَبّهم یَعدِلون وَ الصَّلوه وَ السَّلام عَلی الهادی البَشیر، السّراجِ المُنیر، سَیدنا سَید الانبیاء وَ المُرسَلین، ابالقاسِم محمّد و علی آله الطَیبینَ الطاهِرین وَ لا سیَّما بَقیه الله فی الاَرَضین
Özümü və bütün əzizləri ilahi təqvaya dəvət edirəm. İlahi təqva yəvmi fəzəə əkbər adlanan həssas məqamda insana rahatlıq gətirir. Necə ki Allah-Taala buyurur:
وَ یُنجی اللَّهُ الَّذینَ اتَّقَوْا بِمَفازَتِهِمْ
“Allah müttəqilərə imanlarına (fəzilətlərinə, dünyada qazandıqları uğurlara) görə nicat verər. Onlara pislik (cəhənnəm əzabı) toxunmaz və onlar qəm-qüssə də görməzlər.” (Zumər, 61).
Fəvz və təqva həmişə yanaşı olub və insanı müvəffəqiyyətə çatdırar. “Fəvz” işlərdə müvəffəqiyyət deməkdir. Müvəffəqiyyət və təqva həm axirət, həm də dünya işlərində yanaşıdır. Üstün mövqelərdən biri qiyamət günüdür, həmin gün Allah-Taalanın qəhri təcəlla etmişdir.
Əzizlər! Qiyamət səhnəsini bir tablo kimi təsəvvür etsək bu tablonun bir hissəsi Allahın bəndələrinə nidalarından ibarət olar. Həmin ayələri qeyd edib arabir yada salsanız yaxşı olar. Şeyx Cəfər Şuştəri buyurur: “Nəfsimi uşaq kimi qarşıma qoyub ona moizə edirəm.”
Allahın müraciət etdiyi qruplardan biri də kafirlərdir. Allah bu qrupa buyurur:
أَفَلَمْ تَکُنْ آیَاتِی تُتْلَىٰ عَلَیْکُمْ
“Kafir olanlara isə (belə deyiləcəkdir): “Məgər ayələrim (dünyada) sizə oxunmurdumu?! Amma siz (onlara qulaq asmağa, iman gətirməyə) təkəbbür göstərdiniz və günahkar bir tayfa oldunuz!” (Casiyə, 31).
Siz öz işinizi kiçik saysanız da bu belə deyil. Onlara xitabən deyiləcək:
… وَهُوَ عِنْدَ اللَّهِ عَظِيمٌ
“…Allah yanında çox böyük günahdır!” (Nur, 15).
Sizə kiçik gəlir ki, bir sözlə insanların şəxsiyyətini alçaldırsınız?! Valideyn övladın ilahi ayələr, məscid, camaat namazı, cümə namazı ilə tanışlığı üçün öz dini vəzifəsinə hansı həddə əməl edir?!
Allah-Taala sözünün davamında “fəstəkbərtum” (Casiyə, 31) buyurur. Yəni siz bu ayələr qarşısında təkəbbür göstərdiniz. İlahi ayələr qarşısında günahkar oldunuz. (Casiyə, 32). Sizə deyiləndə ki, ilahi ayələr, vədlər haqdır qiyamət gününü məsxərəyə qoydunuz:
وَإِذَا قِيلَ إِنَّ وَعْدَ اللَّهِ حَقٌّ وَالسَّاعَةُ لَا رَيْبَ فِيهَا قُلْتُمْ مَا نَدْرِي مَا السَّاعَةُ إِنْ نَظُنُّ إِلَّا ظَنًّا وَمَا نَحْنُ بِمُسْتَيْقِنِينَ
“(Sizə: ) “Allahın (ölüləri dirildəcəyi barədəki) vədi haqdır və o saata (qiyamətin qopacağına) heç bir şəkk-şübhə yoxdur!” – deyildiyi zaman: “O saat nədir, bilmirik! Onun ancaq bir zənn (güman) olduğu qənaətindəyik. Biz (qiyamətin qopacağına) əmin deyilik!” – deyə cavab verdiniz.” (Casiyə, 32).
Başqa bir ayədə buyurulur:
وَبَدَا لَهُمْ سَيِّئَاتُ مَا عَمِلُوا وَحَاقَ بِهِمْ مَا كَانُوا بِهِ يَسْتَهْزِئُونَ
“(O gün dünyada etdikləri) pis əməllərinin cəzası onların gözünə görünəcək və istehza etdikləri (əzab) onları saracaqdır!” (Casiyə, 33).
Bəli, onların əməlləri qarşılarında cilvələnər. Bu çirkinlik onların canındadır. Namaz qılanın zatı namaz qılmayanın zatından fərqlənir. “Yəvmə tubləs sərair” adlanan qiyamət günündə həmin zat aşkar olur.
Allah-Taala növbəti ayədə bu insanların əzabına işarə edir:
وَقِیلَ الْیَوْمَ نَنسَاکُمْ کَمَا نَسِیتُمْ لِقَاء یَوْمِکُمْ هَذَا
Yəni onlara deyilər ki, biz də sizi belə bir gündə unuduruq. Çünki onlar belə bir günü unutmuşdular. Onların yeri cəhənnəmdir və heç bir yardımçıları olmaz. Bu əzab ilahi ayələri kiçik saymağın cəzasıdır.
Ölüm onların sorağına gələndə hələ anlamazlar ki, necə dəyərli fürsətləri əldən çıxarıblar.
Casiyə surəsinin 35-ci ayəsində buyurulur:
ذَٰلِكُمْ بِأَنَّكُمُ اتَّخَذْتُمْ آيَاتِ اللَّهِ هُزُوًا وَغَرَّتْكُمُ الْحَيَاةُ الدُّنْيَا ۚ فَالْيَوْمَ لَا يُخْرَجُونَ مِنْهَا وَلَا هُمْ يُسْتَعْتَبُونَ
“Bu (əzab) ona görədir ki, siz Allahın ayələrini lağa qoyurdunuz; dünya həyatı sizi aldatmışdı!” Bu gün onlar (Cəhənnəmdən) çıxarılmayacaq və onlardan (Allahı razı salan) heç bir üzrxahlıq (tövbə də) qəbul olunmaycaqdır!”
36-cı ayədə buyurulur ki, bundan böyük müsibət olmayacaq, Allah-Taala bu əzaba görə özünə həmd deyəcək. Əgər bu mövzulardan vaxtında agah olsaq qəflətdən oyanmaq üçün bəs edər.
Əzizlər! Bu uzun gecələri onun bərəkətinə əhəmiyyət vermədən əldən çıxarırıq. Bu barədə, gecə namazı haqqında bir neçə xütbədə danışdıq. Allahın buyuruğundan aydın olur ki, kamala çatmaqda gecələrin böyük təsiri var.
Allah-Taala behişt əhlinin sifətlərindən danışanda buyurur:
كَانُوا قَلِيلًا مِنَ اللَّيْلِ مَا يَهْجَعُونَ
وَبِالْأَسْحَارِ هُمْ يَسْتَغْفِرُونَ
Onlar gecələr (ibadətlə məşğul olub) az yatırdılar.
Səhərlər isə (Allahdan) bağışlanmalarını diləyirdilər. (Zariyat, 17, 18).
Aydın olur ki, zamanın zatında istedadlar yatır. İnsanın taleyində zamanla bağlı münasibətlər əhəmiyyət kəsb edir. Başqa bir məqamda Allah öz peyğəmbərinə buyurur ki, gələcəkdə ağır yükündən dolayı gecə namazını sənə vacib etdik. Bəli, Allah öz peyğəmbərinə gecə namazını tapşırır. Muzzəmmil surəsinin 5-ci ayəsində buyurulur ki, Peyğəmbərə böüyk məsuliyyət tapşırıldı və onun müvəffəqiyyəti gecə yarı Allahla rabitəsindən asılıdır.
İsrar surəsinin 79-cu ayəsində oxuyuruq:
وَمِنَ اللَّيْلِ فَتَهَجَّدْ بِهِ نَافِلَةً لَكَ عَسَىٰ أَنْ يَبْعَثَكَ رَبُّكَ مَقَامًا مَحْمُودًا
“(Ya Rəsulum!) Gecənin bir vaxtı durub ancaq sənə xas olan əlavə (təhəccüd) namazı qıl. Ola bilsin ki, Rəbbin səni (qiyamət günü hamı tərəfindən) bəyənilib təriflənən bir məqama (axirətdə ən böyük şəfaət məqamına) göndərsin!”
Bəli, böyük bir məqama ümid var. Allah bu məqamı mədh edir. Bu ayə barədə düşünməyə dəyər.
Əgər bu torpaq dünyadan qalxmaq, Allahın təbirincə həmd olmuş məqama çatmaq istəyirsənsə bil ki bu yol gecədən ötüb keçir. Şairin təbirincə, səni gecə karvanının feyzindən məhrum edəcək yuxuya hə demə. Yuxuya de ki, bu gün evimizdə yerini su basıb, yaxın gəlmə. Bu su ilahi mərifətdən süzülən göz yaşlarından yaranıb. Hamı yuxuda məstdir, bir mənəm, bir sənin xəyalın, bir də qan dolu göz yaşları!
Əgər Muzzəmmil surəsinə diqqət yetirsək aydın olar ki, Allah peyğəmbərinin gecə yatmasını istəmir.
“Ey (libasına) örtünüb bürünən (əbasına bürünüb yatan Peyğəmbər)!
Gecəni – az bir hissəsi istisna olmaqla – qalxıb namaz qıl!
(Gecənin) yarısına qədər, yaxud bir qədər ondan az;
Və ya bir qədər ondan çox! (Sənin gecəni oyaq qalıb namaz qılmağın onun üçdə bir hissəsindən az, üçdə ikisindən çox olmasın!) Həm də (gecə ibadət etdiyin zaman) aramla (ağır-ağır) Quran oxu!
Həqiqətən, Biz sənə (məsuliyyəti) ağır bir kəlam (Quran) vəhy edəcəyik.
Şübhəsiz ki, gecə (namaz qılmaq üçün) qalxmaq (çox çətin olsa da) daha əlverişli və (o zaman) söz demək (Quran oxumaq, dua etmək) daha münasibdir!
Çünki gündüz (ya Peyğəmbər!) sənin uzun-uzadı davam edən (dünyəvi) işlərin vardır. (Gündüz insanın işi çox olur, məişət işləri hardasa onu ibadətdən bir qədər yayındırır. Gecə isə insan rahatlaşır, heç kəs ona mane olmur. İnsan öz daxilinə qapılıb Rəbbi ilə tək qalır, qulaq qəlbə daha yaxın olur. Buna görə də gecə ibadət etmək çətin olsa da, daha məqsədəuyğundur).” (Muzzəmmil, 1-7).
Diqqət edin ki, Allah Peyğəmbərinin gecə yatmasına razı deyil. İnsan gün uzunu müxtəlif şəxslərlə ünsiyyətdə olur və bu ona təsir göstərir. Əgər gündüzün pasını gecə xəlvətdə yumasan əriyib gedəcəksən.
Məsnəviye-mənəvidə buyurulur ki, insan gün uzunu təxəyyüllərin ayağı altında əzilir və qurtuluş ərşə səfərdir.
Kimsə gecə namazını peyğəmbər kimi qıla bilməz. Həzrət namazı bir neçə mərhələdə yerinə yetirərdi. Gecə namaz üçün bir neçə dəfə qalxardı. Ravi nəql edir ki, Peyğəmbər həssas Bədr savaşında belə gecə namazını yerinə yetirdi, sübhədək Allahla raz-niyaz etdi.
Əmirəlmöminin (ə) buyurur: “Peyğəmbərdən gecə namazının nur olduğunu eşitdiyim gündən onu tərk etmədim.” Bu zaman İbn Kəvvab ədəbsizlik edərək deyir: “Leylətül hərirdə də sübhədək savaş içində gecə namazını qıldın?” Həzrət buyurur: “Leylətül hərirdə də hər rəkət üçün təkbir deyib gecə namazını qıldım.”
Həzrət adi günlərdə də xurma bağında gecəni sübhədək Allahla raz-niyaz edərdi. Hər ağacın kənarında iki rəkət namaz qılardı ki, qiyamət günü torpaq onun minacatına şahid olsun.
Biz bu gecələrin mahiyyətindən xəbərsizik. Həzrət Əli (ə) hər gecə min rəkət namaz qılırdı. (Biharul-ənvar, c.4, səh. 17). Pərvədigara, namaz, xüsusilə gecə namazının ləzzətini hər birimizə daddır. İnaşaallah.
İkinci xütbə
………………………………………………………………