Islam

Ərdəbilin cümə namazı – 23 may (2 xordad)

اعوذبالله من الشیطان الرجیم

بسم الله الرحمن الرحیم

الحَمدُلله الَّذی خَلَق السمواتِ و الارض و جَعَل الظُلماتِ و النور ثُمّ الَّذینَ کَفَروا بِرَبّهم یَعدِلون وَ الصَّلوه وَ السَّلام عَلی الهادی البَشیر، السّراجِ المُنیر، سَیدنا سَید الانبیاء وَ المُرسَلین، ابی القاسِم محمّد و علی آله الطَیبینَ الطاهِرین وَ لا سیَّما بَقیه الله فی الاَرَضین

 

Son məqsəd və mənzilə doğru

İlahi kəlamda təqvanın böyük vəsfi budur ki, təqva azuqədir. Azuqə deyəndə nəzərdə tutulur ki, biz müsafirik və müsafir dünyada qalası deyil. Biz dünyada həm qəribik, həm də müsafir. Səfərdə olan insan dünya ilə müsafir kimi davranmalıdır. Müsafir olmaq odur ki, qarşıda məqsəd var və bu o məqsədə doğru hərəkətdəyik. Hər bir insanın məqsədi var. Allah hər bir insan üçün geniş süfrə açmış, mənzil təyin etmişdir. Sizin mənziliniz hansıdır?

Əmirəlmöminin (ə) şər adamların mənzili haqqında

Bu dünyada hesab-kitabsız yaşayan insanların mənzili bir tamaşadır. Axmaq ömür sürənlərin son mənzili maraqlıdır. Həzrət Əli (ə) şər, günahkar insanlar üçün hazırlanmış mənzili gözəl təsvir edir. Bu sözləri qulağınızda sırğa edin! Yaxşı olar ki, əliniz altında Nəhcül-bəlağə olsun və arabir bu kitabı oxuyasınız. Həzrət buyurur:

” و أما أهل المعصیة فأنزلهم شر دار، و غل الایدی الی الأعناق و قرن النواصی بالأقدام و ألبسهم سرابیل القطران و مقطعات النیران، فی عذاب قد اشتد حره، و باب قد أطبق علی أهله، فی نار لها کلب و لجب و لهب ساطع و قصیف هائل، لا یظعن مقیمها، و لا یفادی اسیرها، و لا تفصم کبولها لا مدة للدار فتفنی و لا أجل للقوم فیقضی / خطبه ۱۰۸

Allah bunları haraya qədər endirib? Şər insanlar üçün hazırlanmış ev, dünya evlərindən deyil. Allah onların qollarını boyunlarından asar, saçlarını ayaqlarına bağlayar. Hansı heyvanın alnındakı saçından götürülsə, bu heyvan hərəkət edə bilməz. Şər adamlara həmin evdə qətran yağından libaslar geydirilər. Yağın yandırıcılığı başqa şeylərin yandırıcılığından güclüdür. Çünki yağ bədənə dəyəndə ondan ayrılana qədər yandırır. Yağlar arasında ən pis qoxusu olan yağ qətran yağıdır. Allah özü bu adamlar üçün libas biçib. Həzrət buyurur ki, bu libas oddandır. Allah onları hərarəti hər an artan oda salar. Elə bir yer ki, bütün qapılar bağlıdır. Onlar qaçmağa yol axtarar, canlarını əzabdan qurtarmaq istəyərlər. Quranda da bu mövzuya toxunulur. Həzrət Əli (ə) buyurur ki, bu odun uzun şölələri, dəhşətli səsi var. Görüntüsü və hərarəti əzabvericidir. Həzrət buyurur ki, oda düşən insanın oradan çıxmaq imkanı yoxdur. Bu odda əsir olan insan üçün qaçmağa yol tapılmaz. Onun zəncirləri qırılmır, fidyə vermək də əsiri azad edə bilmir. Cəhənnəmdə zaman ötmür, sakinləri üçün vaxt başa çatmır. Müvəqqəti ləzzətlərə aldanıb belə bir aqibətə düçar olan insana ağıllı demək olarmı?! Allah bizi ağıl yuxusundan xilas etsin.

Qəbirdən çıxmış əllər bağışlanmaq istəyir!

Ey kaş insanın görən gözü olaydı, dünyadan həsrət gedənlərin halını görəydi. Ayətullah şeyx Əli Safi mərhum Asidcəmal Gülpayiqanidən nəql edir ki, Nəcəfə gedəndə bərzəx gözümün açıldığını hiss etdim. Bərzəx əhlinin halını seyr etməyə dözümüm yox idi; Həzrət Əliyə təvəssül edib dedim ki, mən bərzəx gözü istəmirəm. Vasitə olun, məndən alınsın. Bərzəx gözüm açıq olan zaman Vadiüs-səlama getdim; orada qəbirdən çıxmış, bağışlanmaq istəyən əllərin sayı yox idi. Bu əllər mənə doğru uzanmışdı, nəsə istəyirdi. Onlar bağışlanmaq istəsə də, imkan yox idi. Sad, 3: “Artıq (əzabdan) qaçıb can qurtarmaq vaxtı deyil.”

Namaz möminin miqatıdır

Namazın mahiyyəti Allahla üzbəüz dayanmaqdır. Bu hala “muhazat” deyirlər. Yəni insan qəlbi Allahın hüzurunda dayanır. Namazın bütün sirri, fəlsəfəsi, mahiyyəti budur. İnsan qəlbi Allah hüzurunda dayananda seyr başlayır. Mövlana deyir ki, əgər namazda qəlbim qarşında dayanmayıbsa onu namaz saymıram.
Namaz o deyil ki, insan nəsə istəmək üçün Allahın qarşısında dayansın. Namaza dayanan insanda dərd olmalıdır. Hansı dərd? Əllamə Təbatəbaidən insanın Allahla rabitəsi haqqında soruşdular. Ağa buyurdu: “Biz Sənə (Allaha) möhtac, Sən bizə müştaq.” Əgər insan ehtiyacları səbəbindən Allaha üz tutursa, düzgün deyil, şirinliyi yoxdur. Şairin təbirincə, xoş o insanın halına ki, Allahın qarşısında dərdlə dayanıb. Namaz, yəni xəlvət görüş, ayrılıq dərdi. Şair deyir ki, Sən olmayan yerdə mehrabda dayanmağım namaz deyil. Onun təbirincə, bu halda namaza dayananda riyadan elə xəcalət çəkirəm ki, Sənə doğru baxa bilmirəm.
Allahla belə üzbəüz dayanmaq, Onun əzəmətini hiss etmək insan üçün miqatdır. (Miqat həccdə ehram bağlanılan yerə deyilir). Namaz qılan həmin miqatda ehram bağlayır, Allahu Əkbər deyib Allaha doğru səfərə çıxır.

Əməllər namaz tərəzisində

Namaz tərəzi kimidir. Bu bənzətmə Həzrət Peyğəmbərdəndir (s). İnsanın əməl naməsində Allahla ünsiyyət nə qədər çox olsa, udub. Bu hal yoxsa, uduzub. Həzrət (s) Həmmad ibn İsaya buyurdu: “Vay o insanın halına ki, ömründən 60-70 il keçib, bir dəfə də Allahla üzbəüz dayanmayıb.” Bu şəxs namaz qılıb, amma üzbəüz dayanma halı olmayıb. Belə insanı can verən zaman üzüqibləyə döndərərlər, çünki həyatda üzünü qibləyə çevirməyib, üzüqibləyə yaşamayıb.

Ruhun paklığı şərtdir

Bir insanın ilahi nemətlərdən bəhrəsini ölçən tərəzi, onun “muhazat” halında olmasıdır. Kim bu halda olsa, dünyadan səmərə götürüb. Özünüzü dəyərləndirin! İnsan paklanmasa, haqqın qarşısında dayana bilməz. Dəstəmazda əl-ayağı yumaq paklanmanın simvoludur. Allah bizdən zahiri yox, daxili paklanma istəyir. Bütün bu əməllərin hikməti var. İnsanın daxili paklananda Allahla üzbəüz dayana bilər. Bu zaman namaz güzgü kimi olur, insan bu güzgüdə özünü seyr edir.
Ariflərdən biri deyir ki, yuxuda namaz qılırdım, qarşımda güzgü tutdular, özümü seyr etdim, gördüyüm camalın vəsfində acizəm.
İnsan namazda həm özünü, həm də Allahı görür. Şairin təbirincə, gecələr namazda olanda məşuq üzündən hicabı götürüb dedi seyr et!

Namaz vəzifə yox, şərəfdir

Namaz qılmayanlar nə itirdiyini bilmir. Onlar düşünür ki, namaz vəzifədir. Amma namaz vəzifə yox, şərəfdir. Bizim varlıq aləmində şərafətimiz var. Olanımız budur, qalan nə varsa, oyun-oyuncaqdır. İnsanın olanı budur ki, Allahla “muhazat” şərəfinə çatsın. Öz Rəbbi ilə raz-niyaz məqamına yüksəlib eşq camını başına çəksin. Şair deyir ki, bir şərab istəyirəm ki, məni bir an şər və günahdan ayırsın.

Dinin fəlsəfəsi, namaz qılanın “muhazat” halında Allahla rabitəsi

Dinin fəlsəfəsi bundan ibarətdir ki, Allahın qarşısında olanda Onunla ünsiyyətə qatılsın. Bu ünsiyyətdən ayrılmaq mümkün olmur. Həzrət buyurur ki, bu halı yaşayan ondan ayrılmaq istəmir. Deyilənlər dərinliyinə məsumların baş vurduğu dəyərlərdir. Həzrətdən soruşdular ki, kim bu məqama çata bilər? Həzrət buyurdu ki, bizim istədiyimiz şəxs! Namazsız dində fayda yoxdur!
İnsanı Allaha çatdırmayan, namazı olmayan din, əslində din deyil. Yalnız bazar günləri Allahla söhbətə çağıran din necə dindir?! Yəni Allah bu qədər dəyərsiz və cazibəsizdir ki, təkcə bazar günü Ona aid edilir?!
Bir qrup şəxs Peyğəmbərə (s) dedi ki, bütün dediklərini qəbul edirik, amma namaz qılmayacağıq. Həzrət buyurdu ki, namazı olmayan dində xeyir yoxdur. O necə dindir ki, məhərrəm ayında əzadarlığı var, namazı yoxdur?! İnsanı Allah qarşısında dayandırmayan, haqqın camal və cəlalının seyrinə aparmayan din faydasızdır. Bu din deyil, oyuncaqdır. Ənam, 70: “Dinlərini oyun və əyləncə sayanları, dünya həyatının məğrur etdiyi (və ya aldatdığı) şəxsləri boşla getsinlər. (Onlara Quranı) Xatırlat ki, heç kəs qazandığı əmələ görə özünü həlaka düçar etməsin. Allahdan başqa onun nə bir dostu var, nə də bir şəfaətçisi (havadarı). O, hər hansı bir fidyəni versə belə, qəbul olunmaz. Onlar etdikləri əməllərə görə əzaba düçar olanlardır. Onları küfr etdiklərinə görə qaynar su (Сəhənnəm içkisi həmim) və şiddətli əzab gözləyir!”

27 rəcəb və Allahın əzəmətinin təcəllası

Biz Allahla “muhazat” nemətini 27 rəcəbdə əldə etdik. Bu günün qədrini bilək. Şərafətinə görə ilin heç bir günü 27 rəcəbə çata bilməz. Həmin gün Allah təcəlla edib. Allah bütün nemətlərdə, Quran, yer və göy, səhra və dağ kimi nemətlərdə təcəlla etmişdir. Amma bir təcəllası əzəmətlidir. 27 rəcəb gecəsi! Bəşəriyyətin nəyi varsa, həmin gecədəndir. Allah həmin gecə bəşəriyyət üçün böyük süfrə açmışdır. İnsan bundan başqa hansı süfrə ilə öyünə bilər?!

27 rəcəb və insan səltənətinin başlanğıcı

Allah-Taala insana nə veribsə, 27 rəcəb gecəsi verib. Həmin gecə bəşəriyyətin Allahla rabitəsi bərqərar olub, insanın səltənəti başlayıb. Həzrət Peyğəmbər buyurur ki, hamınızı padşah etməyə hazıram. Şairin təbirincə, səltənət həvəsi ilə Sənin eşqini seçdim.
Əgər bir şəxs desə ki, bunu istəmirəm, istəməli başqa nə var!? Bu işdən qalan Həzrət Əlinin buyurduğu kimi hörmətdən düşəcək, leş yeyəcək. Evə gətirdiyin rüşvət həmin leşdir. O toylardakı toy sahibi çoxlu pul xərcləsinlər deyə, qonaqlara şərab içirir, əldə etdiyi pul həmin leşdir. Toya bir ay qalmış evində qumar məclisi təşkil edən, toy pulu yığan adamlar bilsin ki həmin pul leşdir. 27 rəcəb olmasa, insana qalan bir quyudur. Quyuda qalmaq istəyirsiniz? Şair deyir ki, bu dünya qaranlıq bir quyudur.

Peyğəmbərləri və kitabları təsdiqləyən son Peyğəmbər (s)

Peyğəmbər (s) məbus oldu ki, bizim diqqətimizi torpaqdan ərşə qaldırsın. Peyğəmbər buyurur ki, torpaqla oynamayın, başınızı qaldırın, yuxarı baxın, torpaqla uşaq oynayar. Başınızı dik tutun. Ğafir, 13: “Sizə ayələrini (möcüzələrini, dəlillərini) göstərən, göydən ruzi (hər şeyi göyərdən yağış) endirən məhz Odur. (Bu ayələrdən) Ancaq (tövbə edib Rəbbinə) dönən (Ona şərik qoşmaqdan imtina edən) kimsə ibrət alar!” Peyğəmbər gəldi ki, kiçik arzuları böyük arzularla əvəz etsin. Peyğəmbərlik silsiləsini başa çatdırdı. Gələcəkdə də təsəvvürə gələsi bütün məqamları əldə etdi. Bütün peyğəmbərləri və kitabları təsdiqlədi.

Dünyanın dərdi sərsəm hakimiyyət, çarəsi fəqih hakimiyyətidir

Cənab əl-Hilali Misirin böyük alimidir. Hazırda Avstraliyada yaşayır. O deyir ki, mən sərsəm hakimiyyətin dünyaya dərd olduğunu dərk etdim və dərmanını fəqih vilayətində gördüm. Kim fəqih vilayəti istəmirsə, sərsəm hakimiyyət istəyir. Qəsəs, 5: “Biz isə istəyirdik ki, o yerdə zəif düşüb əzilənlərə (İsrail oğullarına) mərhəmət göstərək, onları öndə gedənlər və varislər edək.”

 

[jwplayer config=”Qafqaz” mediaid=”8443″]

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button