İslam inqilabının böyük rəhbəri: Amerikanın söyüşçül rəsmiləri ilə heç bir müzakirə olmayacaq

İslam inqilabının böyük rəhbəri Amerika ilə hərhansı müzakirənin gündəmdə olmadığını xatırladaraq vurğulayıblar: İranlılara qarşı qılıncı üzdən bağlayan Amerikanın indiki söyüşçül rəsmiləri ilə heç bir səviyyədə müzakirə aparılmayacaq.
Həzrət Ayətullahül-üzma Xamenei bu gün səhər ölkə prezidenti və nazirlər kabinetinin üzvləri ilə görüşündə İranla müzakirənin Amerikada bütün hökumətlərə lazım olduğunu bildirərək xatırladıblar: Onlar biz İran İslam Respublikasını hətta müzakirə masası arxasına çəkib gətirdik deyə manevr etmək istəyirlər buna görə də öncə daha ətraflı şəkildə və faktlarla söylədiyim kimi onlarla heç bir müzakirə olmayacaq.
İslam inqilabının böyük rəhbəri qonşularla gün-gündən genişlənən müsbət əlaqələrə təkid edərək həmçinin Avropa ölkələri ilə əlaqələr barədə deyiblər: Avropa ilə əlaqə və müzakirənin davamının eybi yoxdur amma bunu davam etdirməklə yanaşı nüvə sazişi və yaxud iqtisadiyyat kimi məsələlər barədə onlara ümidi kəsməlisiniz.
Həzrət Ayətullahül-üzma Xamenei Avropanın nüvə sazişi və sanksiyalar barədə qeyri-münasib rəftarını tənqid edərək xatırladıblar: Onların vədlərinə şübhə ilə yanaşmaq, hadisələrin gedişatını ciddi nəzarətdə saxlamaq lazımdır.
İslam inqilabının böyük rəhbəri nüvə sazişini milli mənafeyin mühafizəsi vasitəsi adlandırıblar və bildiriblər: Nüvə sazişi məqsəd deyil vasitədir və təbii ki bu vasitə ilə milli mənafeyin mühafizəsinin mümkün olmadığı qənaətinə gələriksə onu kənara qoyacağıq.
İslam inqilabının böyük rəhbəri bildiriblər: Avropalılar İranın dövlət rəsmilərinin bəyanatları və əməllərindən başa düşməlidirlər ki, onların təşəbbüsləri İran İslam Respublikasının uyğun reaksiyasına səbəb olacaq.
Həzrət Ayətullahül-üzma Xamenei iqtisadi idarəetmənin zərurətləri barədə İranın geniş və seçilən iqtisadi potensiallarından istifadəyə təkid ediblər və beynəlxalq mərkəzlərin vedikləri bir hesabata istinadən bildiriblər: İran istifadə olunmamış potensiallar baxımından dünyada birinci sırada durur.