
بسم الله الرحمن الرحیم
الحَمدُلله الَّذی خَلَق السمواتِ و الارض و جَعَل الظُلماتِ و النور ثُمّ الَّذینَ کَفَروا بِرَبّهم یَعدِلون وَ الصَّلوه وَ السَّلام عَلی الهادی البَشیر، السّراجِ المُنیر، سَیدنا سَید الانبیاء وَ المُرسَلین، ابالقاسِم محمّد و علی آله الطَیبینَ الطاهِرین وَ لا سیَّما بَقیه الله فی الاَرَضین
Özümü və bütün əzizləri ilahi təqvaya, həqiqi bəndəliyə və Allah-Taalanın razılığını qazanmağa dəvət edirəm. Allah-Taala təqvanı azuqə adlandırıb. Bu sözdən başa düşülür ki, qarşıda başqa bir həyat var. Yaşadığımız dünyadan fərqli bir dünya intizarımızdadır. Buna görə də qarşıdakı yol üçün azuqə, hazırlıq lazımdır. Axirət aləmindəki bütün məqamlar yol azuqəsindən asılıdır. Bu dünyadan əliboş köçən axirətdə heç bir məqama çatmayacaq. Bütün varlığı təkcə bu dünyada, dünyanın zahirində görən insanı dünya və axirətdə zərərə düşmüş insan adlandırırlar. Biz bütün fürsətlərdən istifadə edib axirət azuqəsi toplamaq üçün çalışmalıyıq. Çünki insan üçün fürsət həmişə olmur, müəyən məhdudiyyətlər var. Bilməliyik ki, insanın ömrü də məhduddur. Daim döyünən ürək bir gün dayanacaq. Buyurulur ki, hər şeyin hesabı var və nəvaxtsa tükənəsidir.
Ağıllı insan o insandır ki bu ötəri fürsətlərdən istifadə edib nəsə əldə etsin. İnsanın diqqət mərkəzində olası mövzulardan biri uzun qış gecələridir. İlin bütün gecə və gündüzlərində ilahi xeyir-bərəkət var. Hər ötən gecə özü ilə xeyir aparır. Bütün dünya əl-ələ versə ki əldən çıxmış fürsəti geri qaytarsın bu işi bacarmaz. Çünki zamanı əvəz edəcək bir şey yoxdur. Qənimət sayılası bu anları boş keçirənlərin əməl naməsində bu məsuliyyətsizlik yazılacaq. Gecəni boş keçirən insan həmin gecənin müamiləsi və qazancından məhrum olub. Gecə namazının duasında buyurulur: “Pərvərdigara! Mənə böyük ruzisi olan ticarət nəsib et, onun bərəkəti çox olsun.”
«اللهمَّ ارزُقنی مِنَ التِّجَارَةِ أوسَعَها رزقاً وَ أعظَمَها بَرکَةً»
Dünyada nə varsa şüuru var. Dünya bu gecələri boş keçirən insanlara görə təəssüf edir. Şair deyir ki, insan aynaya baxmadımı ki, ömürdən bir gecə ötdü, o isə xəbərsiz qaldı?!
Allah-Taala Quranda bir neçə dəfə sübh, sübh azanından öncəki vaxt haqqında danışır. Gecənin sonuncu üçdə birinə “səhər” deyilir. Bu vaxt Allahla müamilə vaxtıdır. Məbada bu anları əldən çıxarasınız. Əgər bu ilahi anları boş keçirməyin təsirindən agah olsaydıq dəhşətə gələrdik.
Allah-Taala Quranda səhərə and içir. “And olsun dan yerinə; And olsun on gecəyə; And olsun cütə və təkə (tək olan xaliqə, erkək və dişi olmaqla cüt olan məxluqata; cüt olan hər şeyə); And olsun keçib getməkdə olan gecəyə (ki, qiyamət haqdır və siz kafirlər qiyamət günü dirilib əməllərinizin cəzasını layiqincə alacaqsınız)!”
« وَالْفَجْرِ ، وَلَیَالٍ عَشْرٍ ، وَالشَّفْعِ وَالْوَتْرِ، وَالَّیْلِ إِذَا یَسْرِ ؛« وَالَّیْلِ إِذَا یَسْرِ »
Allah-Taala iki dəfə “vəlləyli iza əsəsə” deyə and içir. Burada da həmin andla rastlaşırıq. Ayədə səhərə işarə olunur.
“Vəsailuş-şiə”də imam Sadiqdən (ə) gecə namazının fəziləti haqqında belə nəql olunur: “Əgər bir tərəfə bütün dünya və onun var-dövlətini, o biri tərəfə gecə yarı iki rəkət namazı qoysalar bu iki rəkət namaz mənim üçün dünya və onun sərvətindən çox əzizdir.”
Gecənin bu anlarında bir qovğa qopub. Ariflərdən biri nəql edir ki, Əmirəlmömininin (ə) hərəmində bir arifdən fəcr olub-olmadığını soruşdum. Cavab verdi ki, gecə-gündüz mələklər enib-qalxmaqdadır, görmürsən?! (Gecə və gündüz bir-birini əvəz etməkdədir. Seyid ibn Tavus deyir ki, mən mələklərin bir-birini əvəz etməsini səhər vaxtı müşahidə etmişəm.)
Bu anlarda Allah-Taala Öz bəndələrinə çox lütf edib. İmam Xomeyni öz bərəkətli ömrünün sonuna qədər gecə namazını tərk etməyib. Oğlu Seyid Əhməd nəql edir ki, Cəmarandan xəstəxanaya hərəkət etdiyimiz zaman enişli yola keçəndə atam buyurdu: “Əhməd, oğlum, bu enişin bir də yoxuşu olmayacaq.” Mərhum imam xəstəxanada olduğu zaman ən ağır vaxtlarında gecə namazını tərk etmədi.
Mərhum Mərəşi Nəcəfi və mərhum Ayətullah Qolpayiqani 70 il sübh namazından qabaq səhər vaxtı həzrət Məsumənin (s) hərəmində olublar.
“Leylətul-hərir” Siffeyn savaşı dövründə bir gecənin adıdır. Həmin gecə ağır döyüş olub. Həzrət Əmirəlmöminin (ə) müharibə qovğasında da gecə namazını tərk etməyib, İmam namazını başa çatdırana qədər hər rəkətdə təkbir səsi ucalıb.
Bir alim ehtizar (canvermə) halı ilə bağlı danışır: “Həzrətin hüzuruna çatdım, o mənə su verdi, sudan içdim, pak su ilə qüsl verdim. Sonra həzrət buyurdu ki, elm əhlinə yaraşmaz ki, fəcrdən qabaq yuxuda olsun. Qurani-Kərimdə gecə namazının fəzilətini vurğulayan ayə var. Gecə namaz üçün oyanan, səcdə qılan insanın qəlbində axirət qorxusu var. Onun qəlbində Allahın rəhməti şövq və alov vücuda gətirib. Allah-Taala Zumər surəsinin 39-cu ayəsində buyurur:
قُلْ هَلْ یَسْتَوِی الَّذِینَ یَعْلَمُونَ وَالَّذِینَ لَا یَعْلَمُونَ
“Məgər axirətdən qorxan, Rəbbinə (Allahın mərhəmətinə) ümid bəsləyən, gah səcdəyə qapanıb, gah da ayaq üstə durub gecə saatlarını ibadət içində keçirən (müti bəndə kafirlə birdirmi)?! De: “Heç bilənlərlə bilməyənlər (alimlə cahil) eyni ola bilərmi?! (Allahın ayələrindən, dəlillərindən) yalnız ağıl sahibləri ibrət alar!” “
Başqa bir ayədə buyurulur ki, vay qəlbi daşlaşan kəslərin halına!
فَوَیْلٌ لِّلْقَاسِیَةِ قُلُوبُهُم مِّن ذِکْرِ اللَّهِ أُوْلَئِکَ فِی ضَلَالٍ مُبِینٍ
Allah-Taala buyurur ki, bu ayəni eşidən, amma təsirlənməyənlərə göndərirəm. Bu ayəni eşidəndən sonra gecə namazını necə tərk etmək olar?!
Əllamə Təbatəbai nəql edir ki, babamın yaşı ötsə də övlad sahibi olmurmuş. Həzrət Zəkəriyyanın Allah-Taalaya sözlərini yada salır. Zəkəriyya Allaha ərz edir ki, Pərvərdigara, məni tək qoyma, sən ən üstün varissən. Həzrət Zəkəriyya yaşa dolduğunu, amma övlad sahibi olmadığını dilə gətirir. Əllamə Təbatəbai nəql edir ki, babam cəfr elminə sahib idi. Bu elm yolu ilə sul verir ki dua etsəm duam qəbul olar? Cavab gəlir ki, sən övlad sahibi olacaqsan. Bir şərtlə ki, səhər vaxtı (gecənin son üçdə biri) dua edəsən.
Əllamə Təbatəbai Əl-Mizan təfsirinin müəllifi kimi tanınır. Bu günlərdə onun üçün xatirə mərasimi keçirilib. Onun müvəffəqiyyətləri gecə namazının bərəkətidir. Sünnə əhli də bu mövzuda xeyli rəvayət nəql edir. Həzrət Peyğəmbər (s) buyurur ki, bizim Rəbbimiz gecənin sonu ən yaxın ərşə gəlir. Əlbəttə ki şiələr təcəssümə etiqadlı deyil. Belə rəvayətlər düzgün olduğu təqdirdə xüsusi mənaya malikdir. Onlar nəql edirlər ki, Allah ən yaxın ərşə gəlib nida edir: “Tövbə edən varmı? İstəyi olan varmı? İstiğfar edən varmı?”
Yusifin qardaşları bir çox xətalardan sonra və həqiqət üzə çıxdığı zaman atalarına dedilər: “Ey ata! Bizim üçün Allahdan bağışlanma dilə.” Həzrət Yaqub buyurdu: “Tezliklə sizin üçün istiğfar edəcəyəm.” Rəvayətə görə həzrət Yaqub duanı səhər vaxtına saxladı.
Bir neçə nöqtəyə diqqət etmək lazım gəlir. Allah-Taala səhər vaxtı oyaq insanların qəlbinə nəzər salır. Rəvayətə görə, gecə ilə gündüz arasında bir bağça var. Allahın xalis bəndələri bu bağçadan bəhrələnir.
Mərhum Şahabadi imam Xomeyninin ustadı olub. Gecəni oyaq qalmaq məsələsinə çox əhəmiyyət verib. Onun nəzərincə gecəni oyaq qalan insan Allaha yaxınlaşır. O buyurur: “Bir şəxs səhər oyansa və nafilə, müstəhəb namazlar qılmağa halı olmasa, çay içmək bəhanəsi ilə oyanması da faydalıdır.” Çünki Allah-Taala sübhü oyaq qalanların qəlbinə nəzər salar. Diqqətli olaq ki, rəvayətdə Allahın nəzəri təkcə namaz inhisarında deyil.
Gecəni oyaq qalmaq insanı böyük ibadətlərə hazırlayır. İnsana maddi və mənəvi baxımdan müsbət təsir göstərir. Mərhum Şahabadi buyurur: “Dünyaya xatir də olsa, oyanın. Sübh oyanmaq ruzini artırar, insanın simasına nur gətirər.” Həzrətdən gecə namazı qılanların üzünün nurlu olması barədə soruşulanda buyurur: “Bu insanlar Allahla xəlvətə çəkilirlər və Allah öz nurundan onlara libas biçir. Bu insanlar xalq tərəfindən sevilir, cəmiyyətdə xoşxasiyyətli olur, onların ruzisi artır.”
Bir şəxs imam Sadiqə (ə) ərz etdi: “Gecə namazı qılsam da ruzim yoxdur.” Həzrət buyurdu: “Kim iddia etsə ki gecə namazı qılıram, amma ruzim yoxdur, onun sözünü inkar edin. Bu şəxs yalançıdır. Bu şəxs ya gecə namazı qılmır, ya da ruzisi var, yalan danışır.” Digər bir rəvayətə görə bir şəxs İmamdan kömək istəyir. Həzrət buyurur ki, elə bilirəm ötən gecə gecə namazı qılmamısan. Həmin şəxs namaz qıldığını bildirir. Həzrət buyurur ki, əgər gecə namazı qılsaydın mənə möhtac olmazdın.
Mərhum Əllamə Təbatəbai deyir: “Təhsil üçün Nəcəfə getdim, böyük Qazinin hüzurunda oldum. Təhsil üçün gəldiyimi bildirdim. O buyurdu: “Əgər dünya xeyiri istəyirsənsə gecə namazı qıl, axirət xeyiri istəyirsənsə yenə də gecə namazı qıl.”
Bəli, Allah-Taala gecə namazını belə bərəkətli etmişdir. Allah dünya və axirət xeyrini gecə namazında qərar vermişdir.
Cənab Qazi mərhum Əllamə Təbatəbaiyə o qədər təsir edir ki, Qazi dünyasını dəyişəndən sonra Əllamə heç vaxt ətirdən istifadə etmir, ona ətir təklif ediləndə “mən əzadaram”, söyləyir. Bu mənəvi ruzilərə diqqətli olmalıyıq. Cənab Həsənzadə Amili buyurur ki, əgər yuxudan oyansanız və gecə namazı tövfiqinin əldən çıxdığını görsəniz, qəlbən bir ah çəkin, cəhənnəm odu onun qarşısında sakitdir.
Sübh duası qəbul olub, insanın taleyinə təsir göstərə bilər. Mərhum birinci Məclisi bütün gecəni oğlu Əllamə Məclisinin beşiyi kənarında dua edib deyərmiş: “Pərvərdigara, oğlumu dinini və hökmlərini yayanlardan qərar ver.” Onun bu duaları övladının taleyinə təsir göstərdi və oğlu böyük elmi məqama çatdı.
Mərhum Tənkabuni buyurur: Atamın gecə namazında hönkürtü səsinə yuxudan oyandım və israrla göz yaşlarının səbəbini soruşdum. Çox isrardan sonra buyurdu: “Nə qədər ki həyatdayam bunu kimsəyə danışma. Gecə namazı zamanı qəfildən bir nida eşitdim: “Ey əməl edən alim!” (ایها العالم العامل). Bəli, uzun yolun yorğunluğu bu şirinliklərlə aradan qalxır! Şair deyir ki gecəni oyaq qalanların bir ya rəbb çağırışı istəklərə yol açır. Bəli, gecə yarı dua çətinliklərin açarıdır.
Həzrət Peyğəmbər (s) həzrət Əliyə (ə) vəsiyyətində buyurur: “Ya Əli! Sənə bir neçə tövsiyəm var, onları yadda saxla…” Bu üç tövsiyə arasında üç dəfə təkrarlanmış söz “gecə namazını yaddan çıxarma” oldu. Allah bizi bu uzun gecələrin faydasından məhrum etməsin. İnşaallah…
İkinci xütbə
…………………………………………………………………………..