ArxivXəbər lentiXəbərlər

19 Yanvar hadisəsinin aspektləri Ərdəbilin Peyam-Nur Universitetində araşdırıldı

Ərdəbilin Peyam-Nur Universitetində 19 Yanvar hadisəsinin aspektlərinin araşdırılması mövzusunda toplantı keçirilib. Toplantıda Ali Məqamlı Rəhbərin Peyam-Nur Universitetində Ofisinin katibi höccətül-islam Həsəni nitq söyləyib.
Qafqaz Mədəniyyət Mərkəzi–Ərdəbillin Peyam-Nur Universitetinin tələbə bəsicinin təşəbbüsü ilə həmin universitetin toplantı salonunda 19 Yanvar hadisəsinin aspektlərini araşdıran görüş keçirilib. Görüşdə Ali Məqamlı Rəhbərin nümayəndəliyinin Peyam-Nur Universitetində Ofisinin katibi höccətül-islam Abdullah Həsəni də iştirak edib və nitq söyləyib.
Ofisin katibi çıxışında 19 yanvar hadisəsinin tarixi barədə açıqlama verərək deyib: “27 il bundan öncə İran və SSRİ sərhəddində böyük bir hadisə baş verdi və onun nəticəsində 19 yanvar hadisəsi formalaşdı”.
A. Həsəni əlavə edib: “Bu hadisədən sonra sərhədlərə nəzarət SSRİ hökumətinin əlindən çıxdı və Azərbaycanın dindar əhalisi hökumətin zəiflədiyini biləndə İran sərhədlərinə axışdılar, “Allahu Əkbər”, “La ilahə illəllah” şüarları verərək İran və iranlılara qarşı öz sevgilərini nümayiş etdirdilər”.
İran İslam Respublikasının belə bir günlərin gözlədiyini açıqlayan ofis rəhbəri xatırladıb: “İranın tədqiqat və araşdırma mərkəzlərinin məlumatlarında göstərilirdi ki, Azərbaycan xalqı İran və İslama qarşı böyük sevgi bəsləyir və kommunist hökumətinin zəifləyəcəyi, yaxud devriləcəyi surətdə bu diyarın İran və İslama həsrət qalmış xalqının əsilliyə və kimliyə qayıtma teşnəliyi özünü büruzə verəcəkdir”.
Höccətül-islam Həsəni çıxışının davamında deyib: “Müsəlman İran ölkəsi öz sərhədlərini bu xalqın üzünə açaraq İran tarixində qızıl səhifə yaratdı”.
O, tələbələrdən istəyib ki, hazırkı dünyada bəsirətli olsunlar, müsəlmanlar arasında birlik yaratmaq barədə fikirləşsinlər və bu iş üşün çalışsınlar. Çünki bugünləri düşmənin ən böyük məqsədi dünya müsəlmanları arasında təfriqə salmaq və onların vəhdətini məhv etməkdir.

 

بررسی ابعاد واقعه 19 ژانویه در دانشگاه پیام نور اردبیل

بررسی ابعاد واقعه 19 ژانویه در دانشگاه پیام نور اردبیل
بررسی ابعاد واقعه 19 ژانویه در دانشگاه پیام نور اردبیل
بررسی ابعاد واقعه 19 ژانویه در دانشگاه پیام نور اردبیل

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button