ArxivXəbər lentiXəbərlər

Ərdəbilin imam cüməsi: Terrorizmlə mübarizənin həll yolu, vəhabiliklə mübarizədir

Qafqaz Mədəniyyət Mərkəzi – Vəliyyi-Fəqihin əyalətdə nümayəndəsi və Ərdəbilin imam cüməsi bu həftəki cümə namazının xütbələrində müasir terrorizmlə mübarizənin yolunu vəhabilik təfəkkürü ilə mübarizə etmək adlandıraraq deyib: “Onların mədrəsələri fəaliyyət göstərdikcə və müftiləri fətva verməyə məşğul olduqca, region və dünya Parisdə baş verən terror kimi cinayətlərin şahidi olacaqdır”.

Həzrət Ayətullah Amili açıqlayıb: “Əgər dünya terrorizmlə ciddi mübarizə aparmaq istəyirsə, Ərəistan dövlətini vəhabi cihad qruplara dəstəyini kəsməyə məcbur etməlidir. Xüsusilə də Ərəbistan dövlətini Məhəmməd ibn Əbdulvəhabın təfəkküründən uzaqlaşmağa məcbur etməlidir”.

“Qum, Nəcəf və Əl-Əzhər kimi dünya İslam assambleyaları, həmçinin İslam ölkələri birləşərək birgə bəyanat verməlidir və İŞİD-i məhkum etmək əvəzinə Ərəbistandan tələb etməlidirlər ki, Məhəmməd ibn Əbdulvəhabın təfəkküründən əl götürsün”-deyə, Ayətullah bildirib.

O, çıxışının davamında Amerika və qərbin terrorizm mövzusunda ayrı-seçkilik etmələrini, insanlar arasında fərq qoymalarını tənqid edib və BMT-də İranın insan hüquqlarına görə məhkum edilməsinə işarə edərək deyib: “Terrorizmlə mübarizənin ön cəbhəsində olanİran, məhkum olunur, amma İŞİD terroçuluğunun əsas mənşəyi olan Ərəbistan demokratik ölkə adlandırılır”.

Ərdəbil əhalisinin Rəhbərlik Ekspertlər Məclisinində nümayəndəsi çıxışının davamında deyib: “Terrorçular qərb dövlətlərinin maraqlarını təmin etmək yolunda olduqda qəhrəman və azadlıqsevər insnalar, amma onların maraqlarının əksinə əməl etdikdə cinayətkar hesab olunurlar”.

İmam cümə artırıb: “BMT, insan hüquqlarını pozan ölkələri məhkum etmək istəyirsə, Fransanı məhkum etməlidir. Çünki, partlayışlara qədər bu ölkə İŞİD-i bərk dəstəkləyirdi. Lakin partlayışdan sonra İŞİD-in bərk müxalifinə çevrilib. Bu Fransa tarixində ən yüksək siyasi rüsvayçılıqdır”.

O vurğulayıb: “BMT, Fransadan soruşmalıdır ki, nə üçün ardıcıl olaraq, Suriyadakı terrorçu qruplara ev sahibliyi edirdi. Həmçinin, BMT, İran xalqı ilə birlikdə Fransa dövlətindən soruşmalıdır ki, nə üçün indiyə kimi 17 min günahsız insanı terror etmiş münafiqlərin daimi ev sahibliyinə çevrilib. Terror pisdirsə, İran, yaxud Fransada baş verməsindən asılı olmayaraq pisdir. İnsanlar arasında ayrı-seçkiliyə, fərqlililiyə yol vermək olmaz. Fransa Parlementi münafiqlərə qucaq açırsa, ən şiddətli terrorizmə mübtəla olmasının intizarında olmalıdır”.

Vəliyyi-Fəqihin əyalətdə nümayəndəsi Fransa dövlətinin BMT-nin İranda insan hüquqlarını məhkum edən lüzumsuz qətnaməsini imzalamasına toxunaraq, ölkə başçısından Fransaya səfəri mövzusuna yenidən baxmasını və İranın əzəmətli xalqının heybətini onlara göstərməsiniistəyib”.

O, çıxışının davamında açıqlayıb: “İŞİD-in öndə dayanan planı İran İslam Respublikasında terror və təxribat törətməkdir. Onlar İranı, ilanın başı hesab edirlər. İranın əvəzinə başqa ölkələrdə terror, partlayış və təxribat törətməklərinin səbəbi İranın təhlükəsizlik qüvvələrinin gücüdür. Buna görə də təhlükəsizlik qüvvələrinə təşəkkür etməliyik”.

Ərdəbilin imam cüməsi “bəsic həftəsi”ni də dəyərləndirib və bəsicin xüsusi əhəmiyyətindən söz açaraq deyib: “Bu pak şəcərənin vücudu ilə İranın milli izzət, istiqlal və haimiyyəti təzmin olmuşdur və düşmənlər naümid olmuşdur. Ölkəmiz hər hansı bir təhlükə ilə üzləşsə, o təhlükə bu mübarək toplumlun varlığı ilə diz çökdürüləcək”.

Ayətullah Seyid Həsən Amili həmçinin, Ərdəbilin Ərbəin Zairlərinin Müdiriyyəti İdarəsini və Böyrək Xəstələrinə Dəstək Qurumunu təqdirəlayiq bildi.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button