Ərdəbilin imamcüməsi, Qüdrət Həsənquliyevin İran xalqını təhqir etməsinə etirazını bildirdi

seyyid həsən amili cümə namazı xütbəsində Azəribaycanın Milli Məclis nümayəndələrindən olan millətçi Qüdrət Həsənquliyevin təhqiramiz sözlərinə işarə edib bildirdi:
Bu sözlər bütün azərilər üçün təhqirdir. Biz Azəribaycan Milli Məclis nümayəndələrinin əxlaq və ədəblə söhbət etmələri və istər sərhəddin o tərəfində, istər bu tərəfində kimlərinsə Azəribaycan mədəniyyətinə qarşı bədbin olmalarına icazə verməyəcəyləri intizarındayıq.
Qafqaz Mədəniyyət Mərkəzinin məlumatına görə Vəliyyi-fəqihin Ərdəbil vilayətindəki nümayəndəsi Ayətullah seyid Həsən Amili bu həftənin cümə namazı xütbəsində Azəribaycan Respublikasının Milli Məclis nümayəndəsinin İran xalqını, xüsusi ilə İran İslam Respublikasındakı azəriləri təhqir etməsinə işarə edərək bildirdi:
Azəribaycan Respublikası Milli Məclis nümayəndələrindən biri İran İslam Respublikasındakı azəriləri təhqir edib və puç sözlər danışıb. Əlbəttə Milli Məclis nümayəndələrinin hamısı belə şəxslər deyil. Məclis nümayəndələri xalqın özəyidir və onlar bu tərzdə danışıb, söyüş söyməməlidirlər.
Amili sözü gedən məclis nümayəndəsinə müraciətlə bildirib:
Siz İran xalqına qarşı aqressivsinizsə, bilin ki, biz də xalq, din, hicab, qeyrət, dindarlıq və həmçinin sizin İslamla düşmənçiliyiniz məsələsində həssasıq. Siz səhvinizi düzəldin ki, problem yaranmasın. Sizin İranı təhqir etməyə haqqınız yoxdur.
Qeyd edək ki, ötən günlərdə Azəribaycan Milli Məclis nümayəndəsi Qüdrət Həsənquliyev Naxçıvan sərhəddində yaranmış problemlərə işarə edərək əsassız sözlər danışıb və iranlıları Naxçıvanın yolunu bağlayan zəmanənin yezidləri adlandırıb. Halbuki Azərbaycan sərhədd qüvvələri puç iradlar bildirərək, məntiqsiz addım atıb Biləsuvar sərhəddini bağlamaq istəmişdilər.
Amili xütbəsində həmçinin Uca Məqamlı Rəhbərin müzakirə zamanı qarşı tərəfi və onun hədəflərini tanımaqla bağlı dəyərli sözlərinə işarə etdi:
Amerikalılar İranın nüvə silahına sahib olduğunu ona görə qondarıblar ki, onlar bu töhmətlə İrana məhdudiyyətlər yaratmağa çalışırlar. Arzu edirlər ki, bu məhdudiyyətlərin nəticəsində iran öz nüvə enerjisi haqqından imtina edəcək və onlar orta asiyada İranın gücünü zəiflətməklə sionist rejimin təhlükəsizliyini təmin etmiş olacaqlar. O amerikanı bəşər hüquqlarını taptayanların böyüklərindən adlandırıb dedi:
Amerika 1945 ci- ildən bu günədək 40 müstəqil dövləti parçalayıb və onlarla ölkəyə hücum çəkib onların milli hökumətini dağıdıb. Buna nümunə olaraq amerikanın İraq, Əfqanıstan və hal-hazırda Suriyada insanlığa zidd dəstələrin əli ilə törəddiklərini göstərmək olar.
Ərdəbilin imamcüməsi əlavə etdi: bu müzakirələrdən Amerikanın son hədəfi İranı nüvə enerjisindən məhrum etmək və güclü İran təhlükəsindən xilas olmaqdır.
Çünki onlar Suriya kimi bizim də nüvə sahəsində inkişafımızın qarşısın almağa qadir deyillər. İran islam Respublikası bu təcavüzkarlarla nə etməli olduğunu yaxşı bilir və hazırda səbr və tədbirlə müzakirələr aparır. Dünya bunu anlayır ki, imperialistlər güc və zor ilə iranı öz istəklərinə tabe edə bilməyəcəklər.
Ayətullah Amili cümə namazı xütbəsinin davamında “bəsic” (könüllülər) həftəsini təbrik edərək bildirdi: İnqilabın Uca Məqamlı Rəhbərliyinin qeyd etdiyi kimi könüllülər İslam İnqilabının qızıl açarıdır; 8 illik müharibədə öz xalqımızın gücü ilə bütün düşmənləri məğlub etməyə və milli hakimiyyətimizə qarşı hücumu dəf etməyə müvəffəq olduq.
Ərdəbil vilayətinin Rəhbərliyin Xibrələr Məclisindəki nümayəndəsi cümə namazında iştirak edən Cəfərabaddan piyada Kərbəlaya gedən ziyarətçilər barəsində dedi: Bu səfər Ərdəbil vilayətinin dindar xalqının dini əqidəyə bağlılıq və İslama dərin eşq nişanəsidir.