Sudeyf Bədri deyib: “Ərdəbil-Miyanə dəmiryolu layihəsinin təkmilləşməsi və onun Azərbaycan Respublikası dəmir yolu şəbəkəsinə birləşməsi prioritetdə dayanmışdır.”
Qafqaz Həqiqətləri xəbər verir ki, Ərdəbil, Nir, Nəmin, Səreyn əhalisinin İslami Şura Məclisində təmsilçisi Sudeyf Bədri “İRNA”-ya verdiyi açıqlamada deyib: “Ərdəbil dəmir yolunun Parsabada qədər uzanması layihəsinin birinci fazasının araşdırılma işləri başa çatmışdır və onun icrası 2021-ci ildə nəzərdə tutulmuşdur. Bununla yanaşı, onun Azərbaycan Respublikası dəmir yolları şəbəkəsinə qoşulması də iş cədvəlindədir.”
O, sözügedən layihənin əyalətin millət vəkilləri və məsul şəxsləri tərəfindən izlənildiyini bildirib, bu xəttin Muğan və Azərbaycan Respublikası dəmir yolu şəbəkəsinə birləşməyəcəyi surətdə onun nəticəsiz qalacağını vurğulayıb.
Bədri deyib: “Bu dəmir yolu xətti Şimal-Cənub koridoru üçün ən məntiqli və ən az xərclə başa gələn bir xətdir, onun inşasının Biləsuvar və Parsabad sərhəd gömrükünə qədər davam etməsi ilə Ərdəbil əyalətinin bütün dəmir yolları bir birinə birləşəcək.”