AktualAktualArxivIslamSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər
Ərdəbilin millət vəkilləri Ərdoğanın təfriqəçi hərəkətinə reaksiya veriblər

Ərdəbil əyaləti əhalisinin İslami Şura Məclisində təmsilçiləri Ərdoğanın Bakıda keçirilən paradda müdaxilə xarakterli hərəkətinə reaksiya veriblər.
Qafqaz Həqiqətləri xəbər verir ki, Ərdəbil əyalətinin İslami Şura Məclisində təmsilçiləri Türkiyə prezidentinin İranın ərazi bütövlüyünə müdaxilə sayılan hərəkətinə reaksiya veriblər və elan ediblər ki, heç kim böyük İran torpağının bir hissəsi olan sevimli Azərbaycan haqda danışa bilməz.
Ərdoğan, ya tarix oxumamısan, ya da onu təhrif etmək niyyətindəsən
İslami Şura Məclisinin vitse-spikeri Əli Nikzad Ərdoğanın təfriqəçi hərəkətinə münasibət bildirərək Tvitter səhifəsində yazıb: “Cənab Ərdoğan, ya tarix oxumamısan, ya da onu təhrif etmək niyyətindəsən.
İran və Azərbaycan qardaşlığı arasında təfriqə salmaqdan əl çək. Bu qan və din qardaşlığı əsrlər boyudur ki, davam edir və hər gün daha da möhkəmlənir.”
Vitse-spiker əlavə edib: “Diplomatik aparat da bu məsələni ciddi izləsin və onun hesabatını xalqa təqdim etsin.”
Ərdoğanın hərəkəti beynəlxalq hüququ pozmaqdır
Sudeyf Bədri Ərdoğanın təfriqəçilik hərəkətinə reaksiya verərək deyib: “İran İslam Respublikası və Azərbaycan Respublikasının ortaq tarixi, mədəni və dini bağlılıqları vardır. Azərbaycan cəmiyyətinə görə İrandan sonra dünyanın ikinci şiə ölkəsidir.”
İki ölkə arasında bir neçə yüz kilometr ortaq sərhədin olduğunu, hər iki ölkənin İslam Əməkdaşlıq Təşkilatının və İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olduğunu xatırladan millət vəkili deyib: “Bunları nəzərə almaqla bu iki ölkənin öz əlaqələrini genişləndirməsi üçün yüksək potensiala sahib olduqlarını görmək olar.”
Ərdəbil, Nir, Nəmin və Səreyin əhalisinin İslami Şura Məclisində təmsilçisi deyib: “İran İslam Respublikası Qarabağ müharibəsində Azərbaycan Respublikasının işğal olunmuş ərazilərini azad etməsini dəstəklədi və bu dəstək Ali Məqamlı Rəhbərin tarixi bəyanatı ilə daha da açıq və tam şəkildə özünü göstərdi. İranın Azərbaycanın ərazi bütövlüyünün qorunmasına bir daha təkid etməsi, İran və Azərbaycan münasibətlərini daha da möhkəmləndirdi.”
Bədri Ərdoğanın İranın ərazi bütövlüyü əleyhinə şeir oxumasını beynəlxalq hüququn əsas maddələrindən birinin pozmaq olduğunu bildirərək deyib: “Bu kimi müdaxilə xarakterli hərəkətlər bölgə ölkələrinin heç birinin xeyrinə olmaz.”
Ərazi bütövlüyü qırmızı xəttimizdir
Xalxal əhalisinin İslami Şura Məclisində təmsilçisi Seyid Qəni Nəzəri Ərdoğanın müdaxilə xarakterli şeir oxumasına reaksiya verərək yazıb: “Yeni-osmançılıq xarici siyasəti Ərdoğanı elə sərgərdan edib ki, bölgənin tarixini yaddan çıxarıb.”
Ərdoğan, dilinin caymasının qarşısını al
Parsabad, Biləsuvar və Aslanduz əhalisinin İslami Şura Məclisində təmsilçisi Abbas Cahangirzadə Ərdoğanın təfriqəçilik hərəkətinə münasibət bildirərək Tvitter səhifəsində yazıb: “Cənab Ərdoğan, yaxşı olar ki, dilinin caymasının qarşısını alasan. Əgər bir daha sənə aidiyyatı olmayan söz danışsan, bu dəfə İran İslam Respublikası təhdidə dözməyəcək.”
Araz çayı sahili əhalisinin təmsilçisi bir daha vurğulayıb: “Ərdoğan, dilinin caymasının qarşısını al!”
Ərdoğanın bugünkü sözləri Tədbir dövlətinin beynəlxalq siyasətdə passiv yanaşmasının nəticəsidir
Germi əhalisinin İslami Şura Məclisində təmsilçisi və ictimai məsələlər üzrə komissiyanın sədr müavini Vəli İsmayili bu gün bir toplantıda Ərdoğanın təfriqəçilik hərəkətinə münasibət bildirərək deyib: “Tədbir dövlətinin beynəlxalq siyasətdəki passiv yanaşması Ərdoğanın İran torpağına tamah gözü ilə baxmasına səbəb oldu.”
-
İsmayili deyib: “Kaş, Ərdoğan İranın Bakirilər və Süleymanilər kimi aslanların yurdu olduğunu biləydi!”