ArxivIslammədəniyyatSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

Ərdəbilli məktəblinin ölümü yalandır

 

Ərdəbil Valiliyinin təhlükəsizlik və asayişin mühafizəsi üzrə baş direktoru bir məktəblinin döyülmə nəticəsində öldüyü iddiasını təkzib edib.

 Əli Məhbubipur İRNA-nın müxbiri ilə müsahibədə müxalif mediaların Ərdəbildə bir məktəbli qızın ölümü ilə bağlı şayiə və iddiaları təkzib edərək deyib: Bu iddia tamamilə batildir və heç bir şəkildə doğru deyil.

O, yalan xəbərin geniş yayılmasına işarə edərək qeyd edib ki, Ərdəbilin mömin, inqilabçı və qeyrətli əhalisi dedi-qodulardan təsirlənmir. Ərdəbildə ölən və ya yaralananımız olmayıb, hətta bu şəhərdə kimsə həbs olunmayıb.

Onun sözlərinə görə, əyalətin ağıllı və qeyrətli insanları elə ilk günlərdə iğtişaşçılardan ayrılıb və onların törətdiklərini pisləyiblər.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button