CHP cavab istəyir, Türkiyə hökuməti isə yandırılan əsgər barədə susur

İŞİD terror təşkilatının türk əsgərini yandırması ilə bağlı yaydığı və cəmiyyətdə hiddət yaradan, qan donduran görüntülərə dair dünən çıxış edən Türkiynin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu, “Görüntülər var. Əsgərlərimizin diri-diri yandırıldığı, başlarına güllə vurulduğu görüntüləri var. Hökumətdən cavab gözləyirik, “hadisəni araşdırırıq”, – deyirlər. Araşdırın. Amma mən cavab gözləyirəm. Mən bunun cavabını gözləyirəm. Suriyanı başımıza bəla gətirdin hesabını da verəcəksən”, – demişdi.
FaktXəbər-in CNN-ə istinadən verdiyi məlumata görə, Kılıçdaroğlunun söylədiyi, milyonlarla insanda yaranan suala dair hökumətdən ilk cavab Milli Müdafiə naziri Fikri İşıqdan gəlib: “Bu ana qədər 3 əsgərimizin İŞİD-in əlində olduğuna yönəlik məlumatımız var. Bəli, 3 əsgərimizin İŞİD-in əlində olduğunu dəyərləndiririk, ancaq bundan başqa bütün məlumatlar təsdiqlənmiş deyil.
Məsələyə dair inkişaf naziri Lütfi Əlvan da açıqlama verib: “Mənim ətraflı məlumatım yoxdur. Həqiqət olub olmadığını da bilmirik. Bilirsiniz ki, xüsusilə virtual dünyada çox müxtəlif manipulyasiyalar görmək mümkündür. Həm Silahlı Qüvvələrimiz, həm Müdafiə nazirimiz danışmadan, bu məsələyə dair bəyanat vermək düzgün olmaz”.