Islam
Masonluğun tarixi və mahiyyəti

“Bütün dövrlərdə, başqa vaxta nisbətən dünyanı indi daha çox gizli təşkilatlar idarə edir.
Siyasətdə təsadüfən heç nə baş vermir. Əgər nəsə baş verirsə, deməli, belə nəzərdə tutulur.” Franklin Delano Ruzvelt, sabiq ABŞ prezidenti Masonluğun tarixi haqqında müxtəlif məlumatlar mövcuddur. Tarixi mənbələrdən məlumdur ki, mason ittifaqı XVIII əsrin əvvəllərində azad bənna və ya tikinti birliyindən yaranıb. Daha doğrusu masonluğun tarixi ətrafında çoxlu əfsanə, mif və uydurma rəvayətlər mövcuddur. Ən çox hallarda masonluğun tarixini lap qədim dövrlə əlaqələndirməyə cəhd göstərirlər.
Bir çox mason tədqiqatçıları bəziləri həqiqətə uyğun, bəziləri fərziyyə və təhriflərə yol verməklə, masonluğu ən qədim cəmiyyətlərlə əlaqələndirməyə cəhd göstərirlər. Hətta masonluğun tarixini həzrəti Adəmə aparıb çıxaranlar da olub. Bir çoxları masonluğun yaranmasını çar Solomon (Süleyman peyğəmbər) məbədinin tikintisi ilə əlaqələndirirlər. Bir çox tədqiqatçılar masonluğun kökünü pifaqorçuluqda və xristianlıqda axtarırlar. Lakin ən çox həqiqətə uyğun gələn fərziyyə çar Solomonun məbəd tikintisi və tikintiyə rəhbərlik edən Misir kahinlərinin şagirdi Adoniram rəvayətidir. Yəqin ki, mason sözünün mənası oxucular üçün maraqlıdır. Mason bənna (daş yonan usta) deməkdir.
Rəvayətə görə, onlar öz başlanğıcını çar Solomonun məbədinin tikintisindən götürüblər. Bizə gəlib çatanlara inansaq, çar Solomon elə bir əzəmətli məbəd tikdirmək qərarına gəlir ki, həmin məbəd ilahi bilikləri və həqiqəti dərk etmək istəyənlər üçün məbədgah olsun, həm də ilahi bilikləri, həqiqəti nəsildən-nəsilə ötürə bilsin. Tarixi mənbəyə əsasən həqiqətdə ilk mason lojası 1215-ci ildə Şotlandiyanın Maqdeburq şəhərində yaradılıb. Ilk mason ordeni isə 1376-cı ildə Londonda meydana gəlib. Ona görə də Ingiltərə masonluğun beşiyi adlandırılır. Müasir masonluq isə öz əsasını 1717-ci ildə Ingiltərədə fəaliyyət göstərən dörd lojanın birləşib, Ingiltərə “Böyük şərq” lojasının yaradılmasından götürüb. 1717-ci ildə yaradılmış “Böyük Şərq” lojasının təsiri altında vaxt axarı boyu Avropada, Şimali və Cənubi Amerikada, digər ölkələrdə yeni-yeni mason lojaları yaradılıb. Ümumdünya ensiklopediyasının məlumatına əsasən dünya üzrə masonların sayı 30 milyona qədərdir.
Təkcə Amerikada beş milyona qədər mason fəaliyyət göstərir. 1717-ci ildə Londonda 4 lojanın birləşib “Böyük Şərq” lojası yaradandan sonra ümumi konstitusiyaya ehtiyac yarandı. Ilk olaraq 1722-ci ildə Şotland keşişi Ceyms Anderson mason konstitusiyasını yazdı. Ümumi mason konstitusiyası bütün mason lojalarını vahid halda idarə edilməsinə imkan yaratdı.
Konstitusiyada aşağıdakı bölmələr öz əksini tapır: Allah və din, hakimiyyət haqqında, lojalar haqqında, usta, usta köməkçisi və şagird haqqında, lojada və lojadankənar əxlaq haqqında, kənar adamlar arasında masonluq davranışı haqqında, masonun evdə və qonşularla davranışı haqqında və s. Həmin konstitusiya 1734-cü ildə böyük usta Benjamin Franklın tərəfindən tipoqrafik üsulla Amerikada nəşr edilir. Konstitusiyada deyilir: “Biz bənnalar unversal dinə mənsubuq, biz bütün millətlərə, dinlərə, vətənlərə mənsubuq, hər hansı siyasətin əleyhinəyik”.
Daha sonra deyilir: “Mason sülhsevərdir və qanuni hakimiyyətə tabedir. Mason heç vaxt öz xalqının və vətəninin əmin-amanlığı və firavanlığı əleyhinə sui-qəsddə iştirak etməz”. 1782-ci ildə Vilhelmsbadda hersoq Ferdinand Braunşveqin rəhbərliyi altında qəbul edilmiş konstitusiya Rusiya masonluğunun tarixində əsas rol oynayıb. Bu konstitusiya “Azad bənnalar nizamnaməsi” də adlanır. Konstitusiya aşağıdakı sahələri əhatə edir: Allah və din, ruhun ölməzliyi, hakimiyyət və vətənə münasibət, insanlara münasibət, masonun özünün mənəvi tərbiyəsi, mason qardaşlara münasibət, orden qarşısında masonun vəzifəsi və s. Bu konstitusiya 1787-ci ildə Vilhelmsbadda Ümumi Konvent Şurasında təsdiq edildikdən sonra Rusiyaya mason aktları, mərasim və onların izahı, mənəvi tövsiyələr ayaq açır və Rusiya qismən müstəqil mason əyalətinə çevrilir. Amerikanın Mərkəzi Kəşfiyyat idarəsinin keçmiş əməkdaşı L. Qonsales-Mata 1979-cu ildə yazdığı “Dünyanın həqiqi hakimləri” kitabında dünyanın gizli hakimiyyətinə daxil olan masonların siyahısını dərc edib. Siyahıda əsas yerləri Amerikanın yüksək rütbəli masonları tutur. Tərtib edilmiş siyahıda MKI nin 1953-1961-ci illərdə direktoru olmuş A. Dalles, Cozef Retinger – Bilderberq klubunun baş katibi,Uilyam Donovan – MKI nin direktoru, Manilo Brozyo – NATO-nun baş katibi, Liço Celli – Italiya R-2 lojasının rəhbəri, Jak Attali – Avropa yenidənqurma və inkişaf bankının prezidenti, Amerikanın prezidentləri – H. Trumen, R. Nikson, C. Ford, R. Reyqan, C. Buş, D. Rokfeller, üç tərəfli komissiyanın rəhbəri, H. Kessincer – Amerikanın keçmiş dövlət katibi, “Bnay-Brit” lojasının rəhbəri və s. tuturlar. Bu siyahını Amerika, Avropa və s.
Ölkələrin rəhbər kadrları, siyasətçilər, bankirlər, yüksək rütbəli hərbçilər hesabına daha da uzatmaq olar. Onu da qeyd etmək lazımdır ki, Amerikanın əsasını qoyanlar, müstəqillik aktına imza atanlar Amerikada masonluğun əsasını qoyublar. Bunlardan C.Vaşinqton haqqında aşağıda ayrıca məlumat verilib. Dünya masonluğunun başında beynəlxalq masonluğun Ali Patriarxı durur. Ali Patriarxın tabeliyində ali icra orqanı, inzibati, maliyyə, və təbliğat üzrə köməkçiləri mövcuddur.
Bunlardan başqa Ali patriarxın nəzdində baş mərkəzi idarələr fəaliyyət göstərir. Yer kürəsinin səthi 77 əyalətə bölünərək, baş mərkəzi idarələrə tabe edilib. Baş mərkəzi idarələr Vaşinqtonda, Neapolda və Kəlküttədə yerləşirlər. Ümumiyyətlə, müasir masonluq üç mərhələyə bölünür. 1. Göy masonluq (1-3 dərəcə) 2. Yüksəkdərəcəli qırmızı masonluq (4-18 dərəcə və qara masonluq 19-33 dərəcə) 3. Gözə görünməyən, ən məxfi ali beynəlxalq masonluq. XVIII əsrin ortalarında masonluğa yardımçı vasitə kimi, qadın mason lojalarının yaradılmasına zəruri ehtiyac yaranır. Almaniyada masonluğun dirçəlməsində əsas rol oynayan Veyshaupt və başqaları tərəfindən yaradılan mason lojaları fəaliyyət göstərməyə başlayır. Ilk qadın lojaları 1730-cu ildə Fransada yaradılıb. 1774-cü simvolik masonluq tərəfindən qəbul və təsdiq edilib. Qadın mason lojaları digər lojalar kimi, masonların yuxarı dərəcələri tərəfindən idarə edilir və bu idarə etmə məxfi saxlanılır. “Dirçəliş” mason lojasının sədri Foveti yazır: “Biz dini məhv etmək üçün qadınları öz tərəfimizə çəkməliyik. Kilsənin ürəyinə sancmaq üçün ən yaxşı xəncər pozğunluqdur.
Masonluqda fahişəlik əl-ələ verib irəli gedir.” Veyshaupt və Ditrufun proyektinə əsasən mason qadınları iki rituala bölmək nəzərdə tutulur. Birinci rituala cəlb edilən qadınlar savadlı və abırlı olur, siyasi fəaliyyət və siyasi intriqalar üçün nəzərdə tutulur. Bu ritual “Palladik” adlanır. Ikinci rituala cəlb olunan qadınlar gözəl və yüngültəbiətli olmalıdırlar. Bu qrup qadınlar əylənmək və ehtirası təmin etmək üçün nəzərdə tutulur. Bu ritual “seçilmişlər” adlanır. Mason ideoloqları fəaliyyətin məxfilik prinsipi əsasında aparılmasına haqq qazandırmaq üçün deyirlər: “Belə çıxmasın ki, biz masonluğun pis cəhətlərini cəmiyyətdən gizlətmək üçün məxfilik prinsipinə əməl edirik. Masonlar sözdə qarşıda tam alicənəb məqsəd qoyurlar.
Guya onların fəaliyyətində demokratiya, insan haqlarının müdafiəsi, az saylı xalqların, cinsi azlıqların, siyasi dustaqların hüquqlarının müdafiəsi əsas yer tutur. Bütün bunlar mason fəaliyyətinin zahiri tərəfidir və görüntü yaratmaq məqsədi daşıyır”. Masonluğun üç əsas vəzifəsi mövcuddur: Birinci: Dünyanın bütün amillərində idarəetmənin şovinist xarakterinin gizli formasını təmin etmək; Ikinci: Idarəetmənin aşağı strukturuna qeyri-yəhudi millətindən adamları cəlb etmək; Üçüncü: Vahid idarəetmənin məxfiliyi və gizliliyini təmin etmək. Masonluğun mahiyyətini başa düşmək və ondan öz məqsədləri üçün istifadə etmək məqsədi ilə Rusiya çarı I Pyotr masonluğa daxil olur. I Pyotr 1699-cu ildə Kristofer Ren tərəfindən şotland dərəcəli, müqəddəs Andrey lojasına qəbul edilir. Lakin bir nəticə əldə edə, masonluğun təhlükəli cəhətini başa düşə bilmir. Ona masonluğu elə cəhətdən göstərirlər ki, Pyotrda masonluğa qarşı müsbət rəy yaranır. I Pyotr Avropaya pəncərə açaraq, Avropa qaydaları ilə yanaşı masonluğu da Rusiyaya gətirir. Masonluğun məxfiliyi, sirri və əməlləri aşkarlananda gücünü itirir. Ona görə masonluğa qəbul zamanı mason sirrinin qorunub saxlanılması barədə dəhşətli and içmə mərasimi keçirilir. Həqiqətən bütün ölkələrdə yüksək və rəhbər şəxslər bir millətdən-sionistlərdən ibarət olsaydılar, onda heç bir xalq buna dözməyib onları devirərdi. Harada xalqa milli lider rəhbərlik edir, orada xalqda mənfi emosiya meydana gəlmir. Amma həmin lider masonların əlində idarə olunan bir morionetkadır. Bunu isə heç kim bilmir.
Masonluğun sistemi
Ümumdünya mason ordeninin son məqsədi cəmiyyətin və ayrı-ayrı fərdlərin mənəvi, zehni və fiziki inkişafına təsir göstərib, millətlər, dinlər arasındakı fərqi silmək və dünya hökmranlığına, Astrey şahlığına nail olmaqdır. Bu məqsədə çatmaq üçün masonlar yorulmadan, səbr və təmkinlə əsrlər boyu iş aparırlar. Onlar bənnalar kimi, kələ-kötür daşı yonub lazımı formaya saldıqdan sonra onu çar Salamonun məbədinin divarına düzməklə, məbədin tikintisində iştirak edirlər. Masonluqda bütün qollar, forma və iş qaydaları sistem adlanır. Sistemə masonluğun iş qaydaları, lojalar, Şərq, konstitusiya, rituallar, simvollar, mason dili, masonluğa qəbul qaydaları və sair daxildir. Sistemdəki müxtəlifliyə baxmayaraq, terminlər, dil, simfollar, quruluşun əsasları bütün mason təşkilatları üçün eynidir. Loja – Mason qardaşların yığışıb, iş apardıqları binaya deyilir. Loja həmçinin qardaşlıq ittifaqına da deyilir. Konkret olaraq, hər bir mason müvafiq lojanın üzvü olur. Lojaları fərqləndirmək üçün onlara müvafiq adlar verilir.
Məsələn: Müqəddəs Georgi, Moisey, Oziris, Laton, Astrey, Böyük Şərq və s. adlarda mason lojaları fəaliyyət göstəriblər. Çox vaxt lojalara görkəmli masonların adları da verilir. Bu yaxınlarda məşhur Rus masonu Novikovun adına Moskovada yeni loja açılıb. Lojanın işi. Lojanın işinə müxtəlif mərasimlər, məsələn: masonluğa qəbul mərasimi, yeni lojaların yaradılması mərasimi, masonların yüksək dərəcələrə keçirilməsi mərasimi, mason ziyafətlərinin keçirilməsi mərasimi və s. aiddir. Şərq – Yüksək idarə etməyə deyilir. Masonluğun əsası şərqlə bağlıdır. Şərq qədim müdrikliyin əsası sayılır.
Masonluğun fəaliyyət pirinsipləri qədim şərqdə fəaliyyət göstərən sufizm, dərviş ordenlərinin pirinsipinə uyğun gəlir. Bu prinsiplər məxfilik, alleqoriya, mistika, özünütərbiyə və özünü təkmilləşdirmədə və s. özünü göstərir. Konstitusiya. Lojaların yaradılmasına əsas verən şəhadətnamə nəzərdə tutulur. Şəhadətnamə yeni yaradılan lojalara yuxarı lojalar (məsələn, Ingiltərə böyük şərq lojası) tərəfindən verilir. Əks halda yeni yaranan loja qanunsuz və özbaşına yaranmış hesab olunur. Ümumiyyətlə masonluğun və lojaların işinin idarə olunması konstitusiyaya əsasən aparılır. Ilk konstitusiya kimi, 1722-ci ildə C. Anderson və sonra 1782-ci ildə Vilhemsbad konstitusiyası yaranıb. Masonluğun qolları. Masonluq dərəcə, mərasim və simvollara görə, qədim tarixi ənənəyə görə, müntəzəm (daimi), qeyri müntəzəm və simvolik qollara ayrılır. Müntəzəm masonluq özünü mason adlandıranların əksəriyyətini təşkil edir. Müntəzəm masonluğu fərqləndirən cəhət onların mason qanunlarına ciddi əməl etmələridir.
Müntəzəm masonlar ancaq Kainatın Ulu Memarına tapınır, ancaq onu qəbul edirlər. Müntəzəm masonlar mason ordeninə qadınları qəbul etmirlər. Müntəzəm masonluq ali hüquqi-ərazi prinsipi üzrə təşkil olunur.
Onun fəaliyyət göstərdiyi ərazilərdə başqa mason lojaları yaradıla bilməz. Nizami böyük lojalar bir-birini tanıyır, qəbul edir və birbaşa əlaqə saxlayırlar. Nizami Böyük Lojalara qəbul olunan mason qardaş öz dərəcəsinə uyğun olaraq lojanın işində iştirak edir. Müntəzəm masonluq universal ümumdünya qardaşlıq təşkilatıdır ki, daim əlaqədə fəaliyyət göstərirlər. Ümumdünya nizami masonluğu 100-dən çox böyük lojanı birləşdirib. Qeyri müntəzəm masonluq mason ənənələrinə, mərasimlərinə tam əməl etməyən, ümumdünya masonluğunun tərkib hissəsi olmayan mason lojaları sayılır. Qeyri müntəzəm mason lojaları masonluq ənənələrinə və qanunlarına tam əməl etmədiyi üçün qədim masonluqla bağlılıq qırılır. Qeyri mason lojalarına qadınların qəbuluna və siyasətlə məşğul olmağa yol verilir. Simvolik masonluq. Masonluğun bu qolu masonluğun ən qədim hissəsidir və üç dərəcədən ibarətdir. Bu üç dərəcə şagird, usta köməkçisi və usta dərəcəsidir. Simvolik masonlar lojalarda, həmin lojalar isə ərazi prinsipinə görə Böyük Lojalarda birləşirlər. Simvolik masonluq sonralar yaradılmış müxtəlif masonluq üçün baza rolunu oynayır. Bunlardan ən məşhur qurumlar Şotland və Yok nizamnamələridir.
Simvolik masonluğun bu qurumlara tabeliyi yoxdur. Müstəqil faliyyət göstərir, onlarla yaxşı münasibət şəraitində işləyir. Masonluğa qəbul qaydaları. Masonluğa qəbul mərasimi xüsusi əhəmiyyət kəsb edir və masonluğun davamlı fəaliyyətini nizama salır. Masonluğa qəbul şərtləri müxtəlif olur. Mason lojalarının hərəsi özünə məxsus ənənələr və mərasimlər əsasında masonluğa yeni üzvüləri qəbul edirlər. Masonluğa qəbul olunanların yaş həddi 21 yaşdan yuxarı olmalıdır. Mason uşaqları üçün lazımı hədd 18 yaş nəzərdə tutulur. Müntəzəm masonluğa ancaq kişiləri qəbul edirlər. Masonluq simvolları. Mason simvolları masonlar üçün böyük məna və əhəmiyyət kəsb edir. Mason simvolları sir və gizlilik rəmzidir. Zahirən adi adam üçün heç bir məna daşımayan simvol masonlara dərəcələrindən asılı olaraq, çox şey ifa edir. Memar Sinan yazır: “Masonluq – bir tərəfi alleqoriya pərdəsi arxasında gizlənən simvollarla təfsir edilən əxlaq sistemidir. Loja içində dilsiz, sözsüz, hətta tozlanmış nişanların mənasını incələmək və bu surətlə həqiqətləri meydana çıxarmaq masonların əsas vəzifələrindən biridir.
Yəni masonluq sistemi ilə, alleqoriliyi ilə, simvolları ilə nə öyrənmək istədiyi haqqında bilgidir.” Biz gündəlik həyatımızda, televiziya verilişlərində, mətbuat səhifələrində, reklamlarda çoxlu mason simvollarına rast gəlirik. Lakin masonluq haqqında biliyimiz olmadığından, onların mənasını bilmirik. Masonlar isə usta dərəcələrindən asılı olaraq, onları başa düşür, işlərini və vəzifələrini qururlar. Son vaxtlarda – 2000-ci ilin əvvəllərində, qeyri dövlət televiziya kanallarında, bəzi qəzet səhifələridə göz şəklini tez-tez göstərirlər. Sən demə, göz şəkli mason simvollarının ən önəmlisidir. Göz şəkli kainatın Ulu Memarının işıq saçan və hər şeyi görən gözünün simvoludur. Amerikanın bir dollarlıq əskinasında, üçkünc sütunun yuxarı küncündə göz şəkli əks etdirilib. Amerikada azad qadın heykəlinin başında yeddiqollu şamdan vardır. Yeddiqollu şamdan yəhudi masonlarının ən önəmli simvollarından biridir.
Yeddiqollu şamdan israil parlamentinin nişanıdır. Ingilis masonları onu israil parlamentinə hədiyyə vermişlər. Bütün bunlar bir daha göstərir ki, Amerikanın əsasını masonlar qoymuşlar. Bir çox ölkələrin küçə və meydanlarında istifadə olunan reklamlarda tac, aslan, yeddiqollu şamdan, zeytun çələngi və s. kimi simvollara rast gəlmək olur. Üçkünc sütun və göz. Masonların ən önəmli simvolu, Kainatın Ulu Memarının işıq saçan gözüdür. Üçkünc sütun masonların dünya imperiya quruluşunun rəmzidir. Beşgüşəli ulduz. Masonların planetin beş güşəsində yaşayan bənna qardaşları ilə əlaqəsini əks etdirən simvoldur. Davud peyğəmbərin möhürü kimi də dəyərləndirilir. Ümumdünya masonluğunun ümumi simvoludur. Altıguşəli ulduz. Ümumdünya masonluğunun böyük dövlət möhürü. Israil dövlət bayrağında əks etdirilib. Ay və günəş. Günəş kainatın Ulu Memarının gözüdür. Hər şeyi görür. Dairə təkərliliklə, hərəkətlə bağlıdır. Ay ən önəmli simvollardan biridir. Ay təbabətlə bağlıdır, bolluğu, təbabətin zənginliyini ifadə edir. Yeddiqollu şamdan. Mason məbədinin ülvi atəşidir. Usta mason dərəcəsində yeddiqollu şamdan əsası şərtdir. Amerikada azad qadın heykəlinin başında yeddiqollu şamdan durur. Amerika azadlıq simvolu olan azad qadın heykəlini XVIII əsrdə Fransa masonları Amerikaya hədiyyə etmişlər.
Israil parlamentinin əsas emblemidir. Israil parlamentinə yeddiqollu şamdanı ingilis parlamenti hədiyyə etmişdir. 2000-ci ilin ortalarında Bakının küçəvə meydanlarında “Dream” siqaretinin reklamında əks olunmuşdur. Sonradan reklam haqqında qanunun tələblərinə əsasən yığışdırılmışdır. Aslan. Yeni qurulan gənc Israil dövlətinin emblemidir. Altıguşəli ulduzun içində şaha qalxmış aslan vardır. Sionist konqresinin emblemidir. Belçika Böyük Mason lojasının emblemində aslan vardır. Toxmaq və çəkic. Mason simvolları arasında toxmaq önəmli yer tutur. Amerikanın ilk prezidenti C. Vaşinqtonun əlində toxmaqla çəkic tutub və mason libasında heykəli vardır. Tac.
Ümumdünya yəhudi krallığı simvoludur. Sümük və kəllə. Ölüm rəmzidir (mason sirrini açanlar və masonluğu tərk edən yüksək dərəcəli masonlar üçün). Amerikanın YEL universitetində qədimdən “sümük və kəllə” lojası fəaliyyət göstərir. Iki sütun. Iki sütun masonların təməl simvollarından biridir. Iki sütun Y və B mövcuddur. Yaxın və Boğaz sütunları lojanın girişində qoyulur, Y və B həriflri ilə işarə olunur və çoxalma, artma siyasətini simvolizə edirlər. Məbədin girişində qoyulur. Şotland viskisinin etiketində vardır. Mason simvolları çoxdur. Onlardan göyərçin, ilan, zınqırov, üç sütun və s. Göstərmək olar. Mason simvollarının hər birinin öz mənası vardır. Bütün bunlar masonların usta dərəcələrinə uyğun tətbiq edilir.