Məhəmmədəli Akbulut: Qarabağ münaqişəsi milli təhlükəsizlik və maraqları təhdid edə bilər

Türkiyəli media fəalı deyib: “Qarabağ münaqişəsi milli təhlükəsizliyi və milli maraqları təhdid edə bilər.”
Qafqaz Həqiqətləri xəbər verir ki, bu gün Ərdəbildə Azad İslam Universitetinin toplantı salonunda ikinci Qarabağ müharibəsinin vəziyyətinin araşdırılması istiqamətində keçirilən Beynəlxalq Qarabağ Konfransında çıxış edən Məhəmmədəli Akbulut deyib: “Qarabağ problemi milli təhlükəsizliyi və milli maraqları təhdid edə bilər. Bu məsələ İran, Gürcüstan və Türkiyə üçün çox önəmlidir. Bundan da mühüm təhdid müsəlmanların həmrəy və bir-birinin yanında olmamasıdır.”
- Akbulut din məmləkətinin parçalanmasına icazə verməməyin zəruriliyini vurğulayaraq deyib: “Milli təhlükəsizlik və maraqların bərpa edilməsi mümkün olsa da, əgər din məmləkətimiz parçalansa, yeni təhdidlər qarşıya çıxa bilər.
Qarabağ münaqişəsi üzdə Azərbaycan və Ermənistan arasındadır. Lakin həqiqətdə bu beynəlxalq, hətta dini-etiqadi bir məsələdir və iki ölkə arasında qarşıdurmadan İslam dünyasının dini bir məsələsinə çevrilmişdir.”
Media fəalı daha sonra deyib: “Bizim baxışımız milli təhlükəsizlik məsələsinə yönəlib. Digər tərəfdən isə dünyanın hər yerində əgər bir müsəlman problemlə üzləşərsə bu problem bütün müsəlmanlara aiddir.”
Dini coğrafiyanın əhəmiyyətini vurğulayan Akbulut deyib ki, əgər biz bu məsələyə əhəmiyyət verməsək, deməli Afrika, Asiya və digər yerlərdəki müsəlman qardaşlarımızın problemlərinə diqqət ayırmamış oluruq.
Fələstin və Qarabağ məsələlərinin oxşar cəhətlərini təhlil edən media fəalı deyib: “Fələstin torpaqlarının azad olunmasına təkid etdiyimiz kimi Qarabağın da azad olunmasını istəyirik.”
Müsəlmanları vahid ümmət adlandıran Akbulut deyib: “Belə bir vəziyyətdə müsəlmanların problemlərinə diqqət ayırmalı və özümüzü hər hansı fitnə və təfriqədən qorumalıyıq.”