ArxivXəbər lentiXəbərlər
İlham Əliyev və Con Bolton Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton və Azərbaycan prezidenti İlham Əliyev telefonla danışıb. Onlar iki ölkə arasında ikiktərəfli əlaqələri və Dağlıq Qarabağda münaqişənin həlli yollarının perspektivlərini müzakirə ediblər. FaktXeber.com-un məlumatına görə, bu barədə Trampın köməkçisi özünün Tvitter səhifəsində bəyan edib.
«Bu gün mən Azərbaycan prezidenti Əliyevlə danışmışam. Biz bir sıra maraqları, o cümlədən enerji təhlükəsizliyini, təhlükəsizlik sahəsində əməkdaşlığı, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində ABŞ-ın dəstəyini müzakirə etmişik», – deyə Bolton bildirib.
Today I spoke with President Aliyev of Azerbaijan. We discussed a number of shared interests, including energy security, security cooperation, and U.S. support for a peaceful resolution to the Nagorno-Karabakh conflict.